Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Portağal pəhrizi ilə 3 həftəyə arıqla

Pəhriz saxlayarkən ən arzuolunan qida şirniyyatdır. Orqanizmə qida daxil olmayanda, qanda olan serotonin hormonunun miqdarı enir və insan özünü pis hiss etməyə başlayır. Əgər qarşınıza arıqlamaq məqsədini qoymusunuzsa, o zaman 3 həftəlik portağal pəhrizini sınayın.

Pəhrizin məqsədi:

• Orqanizmi artıq piylərdən azad etmək
• Orqanizmi şlaklardan və toksinlərdən təmizləmək
• İmmuniteti yüksəltmək
• Sellüliti yox etmək
• Bədəni mineral və vitaminlərlə zənginləşdirmək
• Şirniyyata olan meyilliyi azaltmaq

Pəhrizin qaydası:

I həftə

• Hər gün 1 kq. portağal yemək lazımdır
• Rasiona 2 ədəd soyutma yumurta
• 2 stəkan yoqurt
• 2 litr qazsız mineral su əlavə et.

II həftə

• Yuxarıdakı rasion dəyişmir.
• Bu rasiona duzsuz qarabaşaq sıyığı əlavə olunur.

III həftə

• Hər şey olduğu kimi qalır.
• Ancaq 2 stəkan yoqurt qatıqla əvəz olunur.
• Menyuya meyvə və buxarda bişmiş tərəvəzlər daxil edilir.

İstənilən qədər çay, kofe və təbii şirələr içmək olar. Şəkər əvəzinə isə şəkərəvəzləyicisindən
istifadə etmək lazımdır.


Tarix: 25.11.2014 / 11:05 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...