Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dərimizi şaxtadan qoruyaq
Dərimizi şaxtadan qoruyaq

Soyuq havalarda ən çox dərimizin zərər gördüyünü bilirsiniz.

Soyuq qarlı havalar yanaqlarda çəhrayı-qırmızı arası bir rəngə səbəb olur. Bununla yanaşı üz və əllərdə quruluq yaşanır. Bu quruluq dəridə çox gərginlik və soyulmalar, dəri çatlamalarına səbəb olur. Hətta eqzema da törədə bilər.

Qarlı havalarda günəşin mənfi təsiri 40-90 % artır. Ona görə qarlı havada günəş çıxarsa, gözlərimizi tez qıyırıq. Bu refleksdə ana səbəb günəşin qardan əks olunması ilə artan şüadır. Bunun üçün dərini örtüklərlə mümkün olduğu qədər örtmək, əllərin əlcək, üzün maska və ya örtük ilə qorunması lazımdır. Dərinin yağlı, qliserin tərkibli məhsullarla nəmləndirilməsi lazımdır. Günəşin mənfi şüalarından qorunmaq üçün sərt qış aylarında da günəş kremləri istifadə etmək tövsiyə olunur.

Qışda qarlı havalarda dərinizi korlanmaqdan qoruyacaq nəmli və sağlıqlı qalmasına yardım edəcək ev maskaları təqdim edir.

Yulaf maskası. Eyni miqdarda yulaf əzməsi və yumurta sarısını qarışdırıb içinə bir çay qaşığı bal əlavə edib təmiz cildinizə sürtün. 20 dəqiqə saxladıqdan sonra ilıq suyla yuyun. Dərinizin yumşaldığını görəcəksiz.

Avokado maskası. Bir avokadonu çəngəllə əzin, içinə 1 çay qaşığı zeytun yağı əlavə edin. Qarışımı üzünüzə sürtüb 20 dəqiqə saxlayın. Tərkibindəki mineral, vitamin sayəsində dərinizi qış aylarının sərtliyindən qoruyacaq.
Kefir maskası. Sadəcə kefiri dəriyə sürtüb 15 dəqiqə saxlayın. Dərinin PH səviyyəsini nizamlayar, daha yumşaq, nəmli olmasına kömək edəcək.


Tarix: 16.04.2015 / 14:41 Müəllif: Aziza Baxılıb: 183 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...