Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üzdə sızanaq yaradan qidalar - siyahı

Üzdəki sızanaqların yaranmasının bir çox səbəbləri olsa da, gündəlik qidalarımızın da bunda müəyyən rolu var.

Pəhriz saxlayanlar üçün nəzərdə tutulmuş içkilər:
Belə içkilərin tərkibində olan maddələr üzdə sızanaq yaranmasının başlıca səbəblərindən biridir. Dərinin pH səviyyəsini aşağı salan belə süni içkilərdən uzaq durub evdə hazırladığınız təbii meyvə sularını və kompotları içmək daha məsləhətdir.
İşlənmiş qidalar:
Marketlərdə satılan qablaşdırılmış qidalar, hazır meyvə suları, pizza, hamburger və s. belə qidalar sırasındadır. Bu qidaların tərkibində xüsusi kimyəvi maddələr olduğu üçün allergiya da yarada bilər. Sizə bu qidalardan hansının təsir edib, hansının təsir etmədiyini test edərək yoxlaya bilərsiniz.
Ədviyyat:
Həddindən artıq ədviyyatlı qidalar istifadə etməyiniz həzm prosesinə zərər verə bilər. Bu vəziyyət isə dəridə sızanaqların yaranmasına səbəb olar. Əgər ədviyyatların üzünüzdə müəyyən problemlər yaratdığını müşahidə etmisinizsə, bundan uzaq durmağa çalışın.
Şəkər:
Həddindən artıq qəbul edilmiş şəkər də üzdə sızanaqların yaranmasına səbəb ola bilər. Çünki daim şirniyyatla qidalanmaq sızanağa səbəb olan hormonları işə salıb onların artmasına gətirib çıxara bilər. Şokolad və digər şəkərli qidalar da bunun yaranmasına yol aça bilər.
Karbohidrat:
Un, makaron, çörək kimi taxıl məhsulları da həddindən artıq istifadə edildikdə üzdəki sızanaqların artmasına səbəb olur. Karbohidrat və şəkərin birgə istifadə olunması isə bunu daha da qaçılmaz edir.
Yağlar:
Marqarin, dəfələrlə istifadə olunmuş bitki mənşəli yağlar da sızanaqların yaranmasına yol açır. Əgər bu yağlardan istifadə edərkən üzünüzdə sızanaqların yarandığını və yaxud da artdığını müşahidə edirsinizsə, zeytun yağından istifadə etməyiniz məsləhətdir.
Duz:
Duz dəri toxumasında şişmə və qabarıqlığa yol açıb üzünüzün gözəl görünüşünə xələl gətirə bilər. Qidalanarkən duzun həcminin həddindən artıq olmamasına diqqət yetirin.
Ət, düyü, tərəvəz, lobya və s. kimi qidalardan istifadə etməzdən öncə yaxşıca yuyun.
Qeyd edək ki, sadalanan bütün bu qidalardan tamamilə imtina etmək mümükün deyil. Amma əsas şərt normasında yararlanmaq və müəyyən edilən sərhəddi aşmamaqdır.


Tarix: 24.11.2014 / 17:14 Müəllif: Aziza Baxılıb: 74 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...