Sizlərə daha böyük gözlərə sahib olmaq üçün lazım olan ipucları…
1. Ağ qələm istifadə etmək gözlərnizdə böyük fərqliliklər yaradar. Alt kirpik diblərinin iç tərəfində ağ qələm, xarici tərəfində isə qara qələm istifadə edin.
2. İki fərqli göz kölgəsindən istifadə edin və bu kölgələri göz qapaqlarında qarışdırın. Bu çox rəngarəng görünüş yaradaraq işığı daha çox əks etdirəcək və gözlərini daha işıltılı göstərəcəyi üçün baxışlarınız daha diqqət çəkici olacaq.
3. Kirpik qaldırandan istifadə edin. Bunun köməyi ilə kirpik diblərini düzləndirir və 3 dəfə çox böyüməni reallaşdırır. Daha sonra kirpik qaldıranı yuxarı doğru istiqamətləndirin və kirpiklərinizin qalan qisimi üçün də eyni əməliyyatı təkrarlayın.
4. Daha diqqət çəkən kirpiklər üçün, kiprik qaldıranı 10 saniyə qədər fen altında gözlədərək isinməsini təmin et. İstilik, kirpiklərinizi şəkilləndirmədə təsiri 2 qat artırar.
5. Göz kölgəsi istifadə etməni vərdiş halına gətirin. Kölgəni qaş sümüklərinə doğru yüngülcə sürtərək gözlərinizi daha böyük göstərməsinə şərait yaradın. Yaşıl gözlülər qum rəngi və bənövşəyinin tonlarını, mavi gözlülər qəhvəyi və his rəngi tonlarını, qəhvəyi gözlülər qızıl və çəhrayı tonlarını seçə bilərlər.
Tarix: 16.04.2015 / 14:12 Müəllif: Aziza Baxılıb: 211 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri