Xəyallarını reallaşdırmaq üçün gözəllik yarışmasına qatılan və beləcə Türkiyəyə gələn İvana gözəllik şahzadəsi ola bilmir. Lakin sonradan qazandığı uğurlar sayəsində məşhurlaşır və hamının haqqında danışdığı şəxsə çevrilməyi bacarır. O, türk kişisi ilə ailə həyatı qurur və bir uşaq sahibi olur. Dünyaya bir uşaq gətirməsinə baxmayaraq, hələ də gözəlliyinə xələl gəlməyib. İdeal bədən quruluşu və gur saçları ilə hər zaman gündəmdə qala bilib.
O, tez-tez efirdə olduğu üçün çoxlu makiyaj edir. Buna görə də dərisi qızarır. İvana, hər axşam makiyajını təmzilədikdən sonra üzünü sakitləşdirmək üçün "Bepanthem" məlhəmindən istifadə edir. Siz də hər gün yatmazdan əvvəl dərini təmizləyib nəmləndirici çəkin. Bunun sayəsində dəriniz siz yatarkən özü yeniləşəcək. İvana dərisinə xüsusi qulluq göstərir, həkimi Serbiyadan məhz onun üçün Türkiyəyə gəlir. Həkimin onun üçün hazırladığı özəl toniklərdən və kremlərdən istifadə edir.
Yağlı dərisi olduğu üçün yediklərinə diqqət edir. Yağlı dərilərə uyğun kosmetik məhsullar alır. Xüsusən də dərisi tez-tez parladığı üçün kirşanını həmişə yanında gəzdirir. Kirşan dərisinin parlamasını azaldır və makiyajın axmasına mane olur.
İvana dərisinin gənc qalması üçün çoxlu maye qəbul edir və tərkibində maye olan meyvə və tərvəz məhsullarından istifadə edir. Beləcə vücudundakı toksinləri atıb, daha canlı dəriyə sahib olur.
Tarix: 16.04.2015 / 13:05 Müəllif: Aziza Baxılıb: 297 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri