Dərinin gözəl qaralması üçün müəyyən pəhriz vacibdir.
Belə ki, müəyyən məhsullar vardır ki, onlar meloninin istehsalını stimullaşdırır və tunc rəngli dərinin uzun müddət qalmasını təmin edir. Beləliklə dərinin təbii qaralma prossesinə kömək edən 5 əsas inqrediyent var:
- Amin turşuları - tirozin və triptofan. Onlar dəriyə qaralma piqmentini verən meloninin istehsalını stimullaşdırırlar.
- Dərini sərbəst radikallardan qoruyan beta- karotin. O, orqanizmin yanıqlardan, şüalanmadan təbii müdafiəsini aktivləşdirərək, hüceyrələrin membranlarının dağılmasının qarşısını alır.
- E vitamini ən güclü antioksidant olaraq, sərbəst radikallardan müdafiəni təmin edir və dərini vaxtından tez qocalmadan qoruyur.
- Selen dərini günəş şülaraından qoruyur və dərinin quruluğu və yanıqlar kimi xoşagəlməs qaralma nəticələrindən müdafiə edir.
- Likopon isə sərbəst radikallardan qorumanı 2 dəfə artırır, meloninin istehsalını tezləşdirir və gözəl dəri rəngini təmin edir.
Təbii ki, bu 5 elemti qida məhsullarında əldə etmək olar. Sadəcə məhz yay aylarında istədiyiniz nəticəni əldə etmək üçün, bu elementlərin hansı məhsullarda daha çox olmasın bilməniz yaxşı olardı. Beləliklə sizə bu elementlərlə zəngin olan məhsulların siyahısını təqdim edirik:
1. Kök.
Bu məhsulun tərkibində çoxlu miqdarda beta-karotin vardır. O isə zaqarın uzun müddətli olmasına kömək edir. Bu nöqteyi nəzərdən əsasən kök şirəsi çox effektiv sayılır. Günəş vannası qəbul etməzdən öncə 1 stəkan kök şirəsi içmək məsləhətdir.
2. Ərik.
Onun tərkibində beta-karotin, B,PP qrup vitaminləri, dəmir, fosfor və bioflavonoidlər vardır. O həmçinin ultrabənövşəyi şüalardan qoruyur. İntensiv çalar almaq üçün gündə 200 qr ərik yemək məsləhət görülür.
3. Şaftalı.
Tərkibi kaliy, dəmir, beta-karotin, C, PP, B qrup vuitaminləri ilə zəngin sayılır. Melanin piqmentinin istehsalına kömək edərək, dərini yanıqlardan qoruyur.
4. Üzüm.
Tərkibində A, PP, C və B qrup vitaminləri və askorbin turşusu vardır. Dəri xəstəliklərinin qarşısını alır, zərərli hüceyrələri öldürür, immun sistemi gücləndirir və orqanizmin sağlam su balansının qorunmasına kömək edir.
5. Qulançar.
Tərkibi çoxlu sayda asparaqin, A, C, PP və B qrup vitaminləri ilə zəngindir. Dərini ultrabənövşəyi şualardan qoruyur və dəri xərçənginin inkişafını qarşısını alır.
6. Yemiş.
B1, B2, PP, C vitaminləri, dəmir, kaliy və beta-karotinlə zəngin olması zaqarın yaranmasın tezləşdiri və rəngi gücləndiri.
7. Pomidor.
Tərkibində likopin, B qrup vitamini və minerallar vardır. Turşumanın qarşısını alır və dəri xərçəngini profilaktikasın təmin edir. Cəmi 1/2 stəkam tomat şirəsi günəşdən yüngül qorunma kremlərinin effektini verə bilir.
8. Qarpız.
Digər məhsullarda olduğu kimi, onun da tərkibində beta-karotin, kaliy, dəmir, B1, B2, C, PP vitaminləri vardır. O dəri hüceyrələrini ultrabənövşəyi şüalardan qoruyur və nəinki dərini su balansını həmçinin bütün orqanizmin su balansını normallaşdırır.
9. Balıq və dəniz məhsulları.
Bu məhsullarda A, D, E vitaminləri, omeqa-3 və 6 turşusu və tirozin vardır. Zərərli ultrabənövşəyi şülaradan qorumanı təmin edir, sərbəst radikalların hərəkətini neytrallaşdırır, su balansını bərpa edir və dəridə olan quruluğu götürür.
10. Ət və ciyər.
Bir sıra mikroelementlərlə zəngindir və tirozinin mənbəyidir. Bu məhsullar da melonini istehsalını stimullaşdırı o isə öz növbəsində zaqarın dəridə uzunmüddətli qalmasına kömək edir.
Tarix: 16.04.2015 / 12:08 Müəllif: Aziza Baxılıb: 237 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri