Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Depressiya və xanımlar

Ümumiyyətlə, depressiya nədir? Ümidsizlik dolu, kədərli vəziyyətin artaraq uzun müddətli hal alıb ictimai fəaliyyətdə və həyat fəaliyyətində ciddi problem yaradan bir vəziyyətinə depressiya deyilir. Depressiya hər bir insanda –kişi,qadın,yeniyetmə və qocalarda ola bilər.Məlum olmuşdur ki, qadınlarda olan depressiya kişilərə nisbətən 2 dəfə çox olur və bu depressiya kişi ,uşaq və qocalarda olan depressiyadan özünəməxsusluğu ilə fərqlənir.
Hər birimizin həyatında baş verən ruh düşkünlüyü vaxtaşırı baş verən bir prosesdir.Lakin bu kədər dolu ab-hava uzun müddət davam edərsə , deməli, biz depressiyadan əziyyət çəkirik.Depressiyanın müxtəlif növləri vardır ki,bunlardan da bəziləri , hətta aylarla davam edib, həyat fəaliyyətimizdə böyük problemlər yarada bilər.Depressiya elə bir prosesdir ki, həyatımızın hər bir sahəsində-işdə, ailədə və şəxsi narahatlıq hissi çərçivəsində baş verə bilər.Əgər bir insan özünü imidsiz, zəif ,günahkar və aciz hiss edirsə, deməli, o depressiyaya düşmüşdür.Amma narahatlığa dəyməz, çünki bu , müalicə olunan bir xəstəlikdir.Qadınların depressiyada olmaları haqda belə bir məlumat vardır.ABŞ xəstəxanalarında hər il 12 milyona yaxın qadın depressiyadan müalicə olunur və hər 8 qadından biri isə depressiyaya düşmək ehtimalındadır.Qadınların kişilərə nisbətən iki dəfə çox depressiyaya düşmələri ilə bağlı müxtəlif fikirlər mövcuddur.Bunu, əsasən biloloji, psixoloji və sosial faktorlarla izah edirlər.Buna səbəb olan bioloji faktorlar aşağıdakılardır:
-dövrü harmonik problemlər.Buraya yorğunluq ,emosional reaksiya ,əsəbilik və.s aiddir.
-hamiləlik, sonsuzluq.Bu zaman qadınlarda müxtəlif harmonik dəyişikliklər baş verir ki, bu da onları daima böyük risk altında saxlayır;
-menopauza və.s.
Sosial –mədəni faktorlar isə bunlardır:
-rol müxtəlifliyi.Qadınların həyatda tutduqları vəzifə və çoxşaxəli məsuliyyətindən yaranan faktorlar.Bunları ailəli qadınlara aid edirlər.
-qeyri-bərabərlik təzyiqləri;
-fiziki hədə-qorxular və.s.
Psixoloji faktorlara isə aiddir:
xanımlar depressiyaya daha çox məruz qalır-bacarıq mexanizmi-bu ,elə bir prosesdir ki, bu zaman qadınlar depressiyadan çıxmaq üçün ətraflı götür-qoy edirlər.Bu isə nəinki yüngüllük , hətta daha da ağırlaşma yaradır.
-stress cavabı.Qadınlarda kişilərə nisbətən depressiya zamanı və stress zamanı harmonlar yaranır ki, bu da depressiyanı artırır.
-cinsi yetkinlik və gözəllik problemləri-bu, əsasən yeniyetmə və gənc xanımlarda baş verir.Onlarda özünəməxsus müxtəliflik hissi , forma dəyişiklikləri və yetkinlik hissləri depressiyanın yaranma mənbələrindəndir.
Insanlar bəzən depressiyada olmalarına fikir vermədən yaşamağa davam edirlər.Halbuki bu , onların həyatında ağır nəticələrə gətirib çıxara bilər.Bəs bunu necə bilmək olar? Depressiyanın əlamətlərini belə ayırd etmək olar:
-sıxıntılı vəziyyət;
-həyat məşğuliyyətinə olan maraqların sönməsi və həvəsdən düşmə;
-ümidsiz və günahkarlıq hissləri;
-özünü öldürmək duyğusu;
-az və yaxud çox yatmaq;
-arıqlama və iştahasızlıq;
Qadınların depressiya vəziyyətinə düşmələrinə səbəb kimi onların sosial-iqtisadi status azlığı bu prosesi sürətləndirir.Bu səbəbdən isə onların maddi təminatsızlığı, təhsillərini davam etdirə bilməməsi kimi məsələlər meydana çıxır ki, bu da depresiyaya ciddi təsir edir.Bilavasitə səbəblər isə ər-arvad problemləri və təminatsızlığı, cinsi fəqlər ola bilər.Bu risk faktorlarına aşağıdakıları aid etmək olar:
-ailədə olan narahatlıq əhval-ruhiyyəsi və problemləri;
-yetkinlik yaşında olub keçən şəxsi narahatlıqlar;
-on yaşından əvvəl valideyn itkisi;
-uşaqlıqda baş vermiş fiziki və cinsi təzyiqlər və.s;

Depressiya vəziyyətində insan hər bir şey etməyə qadirdir.O ,özünü öldürə və digərlərinin həyatını da alt-üst edə bilər.Belə vəziyyətdə yaxşı olar ki, psixoloqlara müraciət olunsun ,çünki yuxarıda qeyd etdiyimiz kimi qadınlarda depressiyanın yaranma səbəbləri müxtəlif olduğundan bunun üçün xüsusi müalicə tələb olunur.Bu, mümkün olmadıqda , insan özü-özünü də müalicə etməyə qadirdir.
Depressiyada özünə yardım vasitələrinə aerobik idman, istənilən bir kursa getmək və yaradıcılıq işləri ilə məşğul olmaq, gülərüzlü optimist insanlarla ünsiyyət yaratmaq aiddir ki, bunlar kifayət qədər yaxşı təsir edər. Lakin müəyyən edilmişdir ki, insanlar depresiyaya düşdükdə bu vasitələrə müraciət etmək istəmirlər.Bu zaman hərəkət etmək üçün Beynəlxalq Mənəvi Sağlamlıq İnstitutu bunları etməyi məsləhət görür:
1) Ilkin halda qadınlara depressiyasını aradan götürülməsi üçün fiziki hərəkətlər-aerobika məsləhət görülür.
2)İkinci məsləhət isə dietik qaydalardır.Belə ki, yeməkdə dəyişikliklər etməklə bunu aradan qaldırmaq olar.Bu zaman yeməkdə duz,yağlı qidalar,kofein və alkoqol tərkibli qidalar azaldılmalı və bol karbohidratlı qidalara üstünlük verilməlidir.
3)Digər bir məsləhət dərman tərkibli qidalardır.B-6 vitamini,kalsium,maqnezium,vitamin E bir çox hallarda irəliləyişlərə gətirib çıxartmışdır.
4)Digər məsləhət primula və giləmeyvə ağacı məhsullarıdır ki,bunlar da xüsusi əhəmiyyətə malikdir.
5)Başqa əhəmiyyətli vasitə isə namaz qılınması və digər ibadətlərdir.Bütün yuxarıda sadalanan vasitələr qadınlarda harmonk dəyişikliklər zamanı tətbiq edilir.
Ümümilikdə , bu müalicə vasitələrinin içində hər bir insan üçün , psixoloqlar şəxsi sakitləşdirici yolu tutmağı məsləhət bilirlər.Hər bir insan ilk öncə gələcək həyatını düşünməlidir,anlamalıdır ki, həyat hələ davam edir və bu həyatda özümüzü layiqli göstərmək bizim əsas vəzifəmizdir.


Tarix: 06.12.2014 / 11:30 Müəllif: Aziza Baxılıb: 500 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...