Meyvə pəhrizi arıqlamaq üçün xeyirli üsul olaraq, çox effektiv sayılır.
Meyvə pəhrizinin müxtəlifliyinə əsasən, həftə ərzində 5-7 kq arıqlmaq mümkündür. Nəticədə isə daim aclıq hissi yaşayan hirsli əhval deyil, yaxşı əhval ruhiyyəli vəziyyət saxlanılacaq. Səbəb odur ki, meyvələr bütün növ vitamin və minerallarla zəngindir. Həmçinin meyvələrdə enerji və xoş əhval üçün tələb olunan sevinc və xoşbəxlik hormonun yaradılması üçün maddələr vardır.
Mevyə pəhrizinin üstünlükləri:
- Orqanizm şlak və toksinlərdən təmizlənir və yüngüllük hissi yaranır
- orqanizmin vitamin və mineral maddələrə çatışmazlığı olmadığından, saçların tökülməsi, dərini quruması və dırnaqların kövrəkliyi kimi hallar yaşanmır
- meyvələrin tərkibində olan yüksək miqdarlı selülloz olduğuna görə selülitin azalması və üz dərisini yaxşılaşması müşahidə olunur
- qidanı günü istənilən vaxtı, hətta gecə də qəbulu icazə verilir
- çətin dietik yeməklərin hazırlanmasına vaxt sərf edilmir
Meyvə pəhrizinin qüsurları:
Hamıya bəlli olan üstün cəhətləri ilə bərabər meyvə pəhrizinin qüsurlu cəhətləri də vardır. Buna misal olaraq, belə meyvələr vardır ki, onlar piy qatının əridilməsinə zəif təsir göstərərək, hətta bəzi hallarda onun yaranmasına səbəb olurlar. Əksər meyvələrdə olan fruktozanın yüksək miqdarı, ağ ciyərə düşdükdə xoşagəlməs qlükogen maddəsinə çevrilir. O, isə aktiv fiziki fəaliyyət prosesində enerji ehtiyatlarını ödəyir. Və yaxşı tanıdığımız qlyükoza əzələlər üçün köməkdirsə, bu maddə o xüsusiyyətə malik deyil.
Bundan əlavə uzun müddət saxlanılan belə pəhriz(12 gündən çox), zülal çatışmazlığına səbəb ola bilər. Bu əsasən vegetatiyanlarda(ət yeməyənlərdə) tez -tez olur. Zülala olan defisitliyi heç bir bahalı və ekzotik meyvə kompensə edə bilməz. Gündəlik qida rasionundan süd və süd məhsullarını çıxartdıqda isə, B2 vitamininə olan çatışmazlıq mütləq olacaq.
Kimə meyvə pəhrizi uyğun deyil...
- yüksək turşuluq dərəcəli qastrit və onikibarmaq bağırsağında yarası olan insanlar üçün
- allergiyaya meyilliliyi olan insanlar üçün (xüsusilə çiyələk, sitrus və üzümə aid edilir)
Sonda isə sizə 1 meyvə pəhrizini təqdim edirik.
Tez təsir edən meyvə pəhrizi:
Bu pəhriz 6 gün ərzində 8 kq arıqlama imkanı verir...
Birinci gün - 1 kq istədiyiniz meyvə
İkinci gün - 1.5 kq
Üçüncü gün - 2 kq
Dördüncü gün - 2 kq
Beçinci gün - 1.5 kq
Altıncı gün - 1 kq
Unutmayın! Gün ərzində yalnız 1 lt adı su içmək olar.
Tarix: 25.11.2014 / 12:26 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri