Ombaları bərk etmək üçün qida rasionunuzdan spirtli içkiləri, qəhvəni və yağlı qidaları çıxarmalısınız. Meyvələrə keçin, xüsusilə qarpızdan istifadə edin. Hər gün yarım qarpız və yaxud yemiş yeyin və buna 3 yüngül qəlyanaltını əlavə edin: 150 qram qrildə qızardılmış balıq, 1 soyutma kartof, qarışıq salat; qrildə yaxşı qızardılmış pomidorla 2 bifşteks, 1 xörək qaşığı qarğıdalı dənəsi; 50 qram istənilən şirinləşdirilməmiş lopalar, 1 pəhriz yoqurtu.
Məşqlər: kürəyi üstə uzanın, əllərinizi bədən ətrafında ovcunuz yerə tərəf olmaqla uzadın. Sol ayağınızı yuxarı qaldırın, dizdən bir balaca bükün və dizinizin döşəməyə dəyməsi şərti ilə onu sağ tərəfə aparın. Dizinizi asta – asta açaraq başlanğıc vəziyyətə qayıdın. Eyni məşqi sağ ayağınızla da edin. 10 dəfə təkrarlayın. Cinslərdən də ifrat dərəcədə istifadə etməyin, onlar bədən quruluşunu korlayır.
Gözəl çanağa sahib olmaq üçün az kalorili qidalara keçin. Bundan əlavə, masa arxasında oturmaq da sizə ziyandır. Sizə xüsusi siyahı əsasında tərtib olunmuş 5 dəfəlik qidalanma məsləhət görülür (menyunu özünüz hazırlayın).
İlıq bişirilmiş 1 yumurta, kəpək unundan hazırlanmış çörək, qızardılmış pomidorlar; 1 boşqab ətsiz şorba, 2 dilim qızardılmış çörək, 100 qram ev pendiri; qrildə hazırlanmış 1 toyuq budu (dərisiz), qarışıq salat, balaca kəpəkli bulka; 175 qram qabıqla bişirilmiş kartof, qarışıq salat, 2 xörək qaşığı bişmiş noxud.
Məşqlər: hər dəfə aşağı qutudan nə isə çıxarmaq lazım gəldikdə sadəcə əyilməyin, çömbələrək oturun. 10 dəfə əyilib qalxın. Həmçinin, bərk stulda oturduqda çanaq əzələlərinizi dartın və yenidən zəiflədin, bu məşqi gün ərzində 50 dəfə oturaq vəziyyətdə edin. Bundan əlavə, sizə bir məşqi də məsləhət görürük: kürəyi üstə uzanın, dizinizi bükün, pəncələr kürək eni səviyyəsində olaraq əllərinizi bədən ətrafında ovuclar yerə olmaqla uzadın. Çanaq əzələlərinizi möhkəm dartaraq budlarınızı qaldırın-salın. Belə 10 dəfə təkrar edin.
Bütün sadalananlarla bərabər gün ərzində 8 stəkan su için. İçəcəyiniz çayı isə çox tünd dəmləməyin və qəndsiz içməyə çalışın.
Tarix: 25.11.2014 / 12:07 Müəllif: Aziza Baxılıb: 72 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri