Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pəhriz saxlayarkən əzələlərin qoruması

Artıq çəkidən azad olmaq üçün pəhriz saxladıqda əzələləri qorumaq üçün ilk növbədə lazımi prosedurları gözləməklə yağlarınızın hansı miqdarda olmasından əmin olmaq lazımdır. Ona görə də çəki verməyə çalışarkən əzələlərinizin deyil, yağlarınızın yox olduğundan əmin olun. Pəhriz edərkən əzələləri qorumağın yollarından biri də bu hesab olunur. Həmçinin zülaldan imtina etməyin düzgün olmadığı bildirilir.
Nə qədər sağlam zülal qəbul etsəniz, o qədər sağlam əzələlərə sahib olarsınız. Bununla da keyfiyyətli şəkildə çəki itirərsiniz.
İstək əsnasında gün ərzində qida rasionunda 1 pay ət yeməklərinin qəbulu da istisisna olunmur. Bitki mənşəli zülallara da laqeyd yanaşmayın. Pəhrizinizdə quru paxla, noxud və mərcimək kimi bitki mənşəli zülallara həftə ərzində 2-3 dəfə yer vermək məsləhətdir.
Tam buğdadan, tam taxıllı və ya çovdar növündən hazırlanan çörəkdən də istək əsasında istifadə edə bilərsiniz.
Çox aşağı enerjili (kalorili) pəhrizlər etməyin.
Ara günlərdə 1-2 gün edilə bilər, amma bu müddəti uzatmamaya diqqət edin.
Monoton qidalanmaya çox üstünlük verməyin, arada dəyişiklik edin.
Səhər yeməyi paylarınızı həftədə bir neçə dəfə dəyişdirmək də olar.
Beləliklə çəki itkisinin asanlaşmağı tezləşə bilər. Məsələn: səhər yeməyi yumurta yemək, sabahısı gün tost yemək, arada yulaf əzməsi yemək kimi… Həzm probleminiz varsa mütləq həll edin. Çünki qəbizlik qarın qabarıqlığı, qaz problemləri və köp problemlərini yarada bilər. Bu da pəhrizdən asılı olmayaraq çəki itkisinin çətinləşməsinə səbəb olar.


Tarix: 25.11.2014 / 11:17 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...