Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qırmızı dodaqların sehri - Məsləhət

Qırmızı dodaq boyası qadına cazibədarlıq bəxş edən ən vacib kosmetik vasitədir. Elə ona görə də füsünkar, cazibədar və seksual görünmək istəyən qadınlar bu rəngə üstünlük verirlər.

Ancaq unutmaq olmaz ki, qırmızı çox diqqət cəlb edən rəngdir və hər qadına yaraşmır.

Dodaqlarınızın füsünkarlığı ilə ətrafdakıları özünüzə heyran etmək istəyirsinizsə, tövsiyələrimizi oxuyun.

İlk növbədə dodaqlarınız qüsursuz olmalıdır. Dodaqlarda əyrilik varsa, boya çəkmədən öncə qırmızı dodaq qələmi ilə qüsuru aradan qaldırın.

Qırmızı pomadanın mükəmməl görünməsi üçün dodaqların hamar olması çox önəmlidir. Ona görə də dodaq nəmləndirici və qidalandırıcı vasitələrdən istifadə edin.

Nazik dodaqlara sahibsinizsə, ümumiyyətlə qırmızı rəng boyadan istifadə etməyin. Çünki qırmızı pomada dodaqları daha da incə göstərəcək. Bəzən qadınlar dodaqları qələmlə qalınlaşdırdıqdan sonra qırmızı dodaq boyası çəkirlər. Ancaq bunu məsləhət görmürük. Çünki bu, dodaqları cazibədar göstərməyəcək. Əksinə sizə xoş olmayan görüntü verəcək.

Qırmızı pomada çəkərkən diqqət etməli olduğunuz nüanslardan biri də makiyajı düzgün tamamlamaq olmalıdır.

Bunun üçün göz kölgəsinin açıq rəngdə olmasına diqqət edin.

Yadda saxlayın: ya göz kölgəsi açıq olmalıdır, ya da dodaq boyası. ikisi birdən tünd çalarlarda olsa, sizi qoca göstərə bilər.

Bu məsləhətə əməl etməklə yanaşı, gedəcəyiniz məkana uyğun makiyaj etməyə çalışın.


Tarix: 24.11.2014 / 17:31 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...