Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dırnaqlarınızı uzadarkən onlar tez-tez qırılır?

Dırnaqlarınızı uzadarkən onlar tez-tez qırılır?Narahat olmayın,sizi bu haqda məlumatlandıracam,özümün elədiyim maskalardan da sizə məsləhət görəcəm.Maskalara keçməmişdən əvvəl dırnaqların qırılma səbəblərini sizlərə çatdırım:
1. Dırnaq qırılmalarının əsas əlaməti vitamin və mineral çatışmazlığı nəticəsində yaranan xəstəlikdir;
2. Kalsium, maqnezium, dəmir və sink çatışmayanda da dırnaqlarımız qırılır;
3. A vitamini və qanazlığına səbəb olan B vitamini çatışmayanda;
4. Hormon dəyişikliyi,troid xəstəliyi,ürək xəstəliklərinin ilk vaxtlarında dırnaq qırılması kimi əlamətlər müşayiət oluna bilər;
5. Zob xəstəliyi zamanı dırnaqların qırılması və incəlməsinə səbəb olar;
6. Dırnaqların qırılması zamanı dırnaqların bənövşəyi,sarı,yaşıl rənglər alması,dırnaqların üzərində cizgilərin meydana gəlməsi,dırnaqların kənarlarının girintili-çıxıntılı olması,dırnaqların uzanmaması,hədsiz dərəcədə yumşalması dırnaqlarda olan mənfi əlamətlərdəndir.
7. Dırnaq qırılmasının müalicəsi zamanı hansı xəstəliklə bağlı olduğunu müəyyənləşdirmək üçün müayinələr aparılır;
8. Dırnaqların qırılmaması üçün onları çox uzatmamaq məsləhətdir;
9. Dırnaqlara daim qulluq etmək,onları nəmləndirmək lazımdır.
Keçək özümün dırnaqlar üçün etdiyim maskalara:
1. Yodu pambığa batırın, dırnaqlarınıza və ətinizin qırıldığı yerlərə çəkin.15-20 dəqiqədən sonra sabunla yuyun, yodun dırnağınızdan getməsi üçün barmaqlarınıza bərk sürtməyin.
2. Armudu stəkanın yarısına su tökün. Onu dırnaqlarınızı isladacaq 1 qaba tökün,yod əlavə edin.Barmaqlarınızı yarım saat yodlu suda saxlayın.
3. Limonu dilimləyin, dırnağınıza və dırnağın qırağındakı ət yerlərinə sürtün.
4.Bu maskaları edərkən dırnağınıza lak çəkməyin ki, dırnaqlar nəfəs alsın. Bir müddət sonra maskaların effektini görəcəksiniz.


Tarix: 24.11.2014 / 17:09 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...