Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaşından cavan görünmək üçün nə etməli?

Amerika alimləri maraqlı eksperiment aparıblar. Onlar qadın əllərinin fotoşəkillərini yoldan keçənlərə göstərib onlardan əl sahibinin yaşını söyləməsini xahiş ediblər. Bu sorğu zamanı əksər hallarda tədqiqat iştirakçıları yaşı düzgün müəyyən edə biliblər.

Eksperiment çərçivəsində fotoların bir hissəsini kompüterdə fotoşop proqramının köməyi ilə dəyişib, dəri qüsurlarını, qabarmış venaları yığışdırıb, əvəzinə dırnaq boyası, üzük və bilərzik əlavə ediblər. Belə fotolara baxan iştirakçılar yaşı düzgün müəyyən edə bilməyiblər. Montaj çox yaşlı qadınların dərisi nazilmiş, piqment ləkələri və qırışlı əllərinin yaşını gizlədib.

Üzdə heç bir qırış olmasa da, əllər daha çox təsirə məruz qaldığı üçün qrışların və ləkələrin yaranması qaçılmazdır. Bu baxımdan əllərlə yaşı düzgün vermək mümkün olur. Tabloid.az Rusiya mətbuatına istinadən xəbər verir ki, əllərin üstündə qabarmış venalar yaşı daha çox bildirir. Araşdırmada venaların silindiyi fotolardakı əllər daha cavan görünüb. Kök, qırışların və qabarıq venaların görünmədiyi əllər cavan görünür. Dırnaq boyası və zinət əşyaları da əllərin görkəmini cavanlaşdırır. Mütəxəssislərin fikrincə, əllər yaşı biruzə verirsə, deməli, onların zahiri görkəmini yaxşılaşdırmaqla yaşından cavan görünmək mümkündür.


Tarix: 24.11.2014 / 17:30 Müəllif: Aziza Baxılıb: 21 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...