Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qışdan sonra saçların bərpası

Soyuq havada saçlarımız bir çox problemlərlə rastlaşır, saçlarımızın strukturu quruyur və nəticədə saçlarımız tez sınmağa başlayır, bundan əlavə saçqıranlar əmələ gəlir və saçlarımız öz parlaqlığını itirir. Əgər qardan və yağışdan çətir vasitəsi ilə xilas olmaq olarsa belə, temperatur dəyişikliyi və şaxtalı quru havadan qorunmaq mümkün deyil.

Qışda otaqda olan istilik sistemi və küçədəki soyuq baş dərisini və saçlarımızı eyni cür qurudur. Bu zaman saçlarımıza ciddi ziyan dəyir.

Biz sizə qışdan sonra saçlarınıza gücü və parıltını qaytarmaq üçün bəzi məsləhətləri təqdim edirik.

İlk növbədə saçlarınızı həftədə 2-3 dəfədən çox yumayın. Bundan başqa evdən çıxmazdan əvvəl saçlarınızın tamamilə quru olmasına əmin olun.

Yayda yandıran günəşdən qorunmaq üçün şlyapalardan, qışda isə papaqlardan istifadə edin. Yazda da həmçinin nazik ipək və ya kaşmir şərflərdən baş örtüyü kimi istifadə etmək olar, onlar saçları zədələnmədən müdafiə edir və saçları elektrikləşdirmir.

Həftədə 1 dəfə saçlara nəmləndirici maskalar çəkmək lazımdır — məhz onlar bir neçə ay soyuq və quru havadan sonra saçlara çatmayan rütubəti kompensasiya edirlər.

Saçlar üçün yağlar — quruluqla mübarizənin daha bir effektiv üsuludur. Təbii yağlardan hazırlanmış maskalar məsləhət görülür: zeytun, günəbaxan, jojoba və ya avokado yağını ovucda ovmaq və saçların uclarından başlayaraq köklərinə doğru çəkmək lazımdır. Belə maskaları saçlara gecə yatarkən çəkmək lazımdır, səhər isə yumaq lazımdır.

Saçları zədələnmiş uclardan və saçqıranlardan xilas etmək çətindir və yalnız saçlarınızı kəsməklə bu problemin qarşısını ala bilərsiniz.

Saç üçün olan vasitələrin tərkibinə diqqət edin ki, onların tərkibində spirt olmasın. Bundan əlavə saçlarınıza ətir vurmayın, bu zaman zədələnmiş saçlar daha tez qırılır.

Hətta əgər siz isti vanna qəbul etməyi sevirsinizsə, saçlar üçün ilıq sudan istifadə etmək məsləhətdir. Aşağı temperatur saçları daha az zədələyir.

Təəccüblü olsada bir çox peşəkarlar saç balzamlarını sona kimi yumamağı məsləhət görürlər. Bu vasitələrin 25%-ni saçlarda saxladıqda o saçlara hopacaq gün ərzində onları müdafiə edəcək.

Saçlar üçün elektrik cihazlardan bir müddət istifadə etməyin, çünki onlar saçların qoruyucu qidrolipid pərdəsini dağıdırlar və hətta saçlarınızı fen ilə qurudarkən xüsusi spreylərdən istifadə edin.

Saçlara qulluq vasitələri gündəlik problemlərlə mübarizə üçün bütün lazımlı komponentlədən ibarətdir. Lakin bundan əlavə əsl mütəxəssislərə müraciət etməyi də unutmayın.

Vitaminləri də unutmaq lazım deyil. Orqanizmdə vitamin çatışmazlığı vaxtı bir sıra problemlər yaranır, tellər dərhal zəifləyir və hətta tökülməyə başlayır. Saçlar üçün xüsusən B qrupunun vitaminləri, omeqa 3-6-9 turşuları daha xeyirlidir.


Tarix: 22.11.2014 / 14:30 Müəllif: Aziza Baxılıb: 98 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...