Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dərinin nəmləndirmə "maska"ları

Kök-alma maskası
Tələb olunur: 1 kök və 1 alma, 1 çay qaşığı zeytun yağı.
Hazırlama qaydası: köklə almanı təmizləmək, sürtgəcdən keçirmək, yağla qarışdırmaq.
Tətbiqetmə: Maskanı üzə yaxmaq, 15 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.

Qabaq maskası
Tələb olunur: 1 yunan qabağı.
Hazırlama qaydası: qabağı nazik zolaqlarla doğramaq.
Tətbiqetmə: Hazırlanmış qabağı üz və boyun nahiyəsinə qoymaq, 15 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.

Kartof maskası
Tələb olunur: 1 kartof.
Hazırlama qaydası: kartofu təmizləmək, sürtgəcdən keçirmək.
Tətbiqetmə: Kartof kütləsini üzə qoymaq, 10-15 dəqiqə saxlamaq. İlıq su ilə yaxalamaq.

Kəsmikli-xiyar maskası
Tələb olunur: 1 xiyar, 1 xörək qaşığı kəsmik.
Hazırlama qaydası: kəsmiyi xama ilə qarışdırmaq.
Tətbiqetmə: Qarışığı üzə çəkib, 12 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.

Kələm maskası
Tələb olunur: 2-3 kələm yarpağı.
Hazırlama qaydası: yarpaqları yumaq, əzmək.
Tətbiqetmə: Hazırlanmış yarpaqları 15 dəqiqə ərzində üzə və boyun nahiyəsinə qoymaq.

Yumurtalı-limonlu nəmləndirici maska
Tələb olunur: 1 yumurtanın sarısı, hərəsindən 1 çay qaşığı ol-maqla bal, bitki yağı, 5 damcı limon şirəsi.
Hazırlama qaydası: inqrediyentləri yaxşıca qarışdırmaq.
Tətbiqetmə: Qarışığı üzə çəkmək, 15 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.


Tarix: 05.07.2013 / 21:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 128 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...