Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çillərdən xilas olmaq üçün maskalar

Çillərdən xilas olmaq istəyirəm deyirsinizsə, bu vəziyyət artıq düşündüyünüz qədər çətin və qeyri-mümkün deyil.
Tətbiq edəcəyiniz bəzi maskalarla çillərə vida edə bilərsiniz.

Maska 1
Üzünüzdə çillər yaranıbsa, üzünüzə pomidor dilimləri yerləşdirin. Bu maskadan əvvəl dəri yaxşıca təmizlənməli və üzə az miqdarda bəsləyici krem çəklməlidir. Maska 30 dəqiqə saxlanılmalıdır. Maskanı üzünüzdən soyuq süddə isladılmış pambıqla təmizləyin.

Maska 2
1 qaşıq cəfərini əzin və 1 qaşıq bal ilə qarışdırıb, dərinizə çəkin. 45 dəqiqə gözlədin. Bu qarışığa limon suyu da əlavə oluna bilər. Bunun üçün 2 yemək qaşığı cəfərini əzin , bal və limon suyu ilə qarışdırıb, dəriyə çəkin.

Maska 3
Cəfəri suyunu südlə və ya qatıqla qarışdırın, dəriyə maska olaraq çəkin. 15 dəqiqə sonra otaq istiliyindəki suyla yuyun.

Maska 4
Ləkə müalicəsi üçün çiyələk, meşə çiyələyi və qarağat istifadə edilə bilər. Bu meyvələrdən maska hazırlayıb üzünüzə çəkin , 20-30 dəqiqə gözlədin və ilıq suyla yuyun.

Maska 5
2 ovuc qabıqdan təmizlənmiş badamı əzib un halına salın. Bu badam ununa bir xörək qaşığı süzmə, bal və yumurtanın ağını çırpılmadan əlavə edib krem halına gələnə qədər gül suyu əlavə edin. Maska hazır olanda üzə çəkib 20 dəqiqə gözləyin.Sonra ilıq suyla yuyun.

Maska 6
Qarpızı rəndələyin, maska hazırlayıb üzünüzə çəkin. 10-15 dəqiqə üzünüzdə saxlayın. Maskanı otaq istiliyindəki suyla təmizləyib, dəriyə nəmləndirici krem çəkin.
Bu maskaları axşamlar etməyiniz təklif edilir. Çünki daha sonra üzünüz günəş şüalarına məruz qalmamalıdır. Dəri tipiniz nə olursa olsun, hər gün qoruyucu kreminizi istifadə etməlisiniz (1 ay müddətində).

Maska 7
Cəfəri köklərini qaynadın, limon suyu ilə qarışdırın, üzünüzü bu qarışıqla səhər -axşam silin.

Maska 8
2 yemək qaşığı kök suyuna 20 damcı limon suyu əlavə edin və gündə 2-3 dəfə üzünüzə çəkin. Maskanı dəridə 20-30 dəqiqə saxlayın.Sonra ilıq suyla yuyun.

Maska 9
Cəfərini (2 yemək qaşığı)mikserdən keçirin və təmizlənmiş dəriyə maska olaraq tətbiq edin. Gözaltlarına çəkməyin. 20-30 dəqiqə sonra maskanı soyuq suyla yuyun və dərinizə nəmləndirici krem çəkin.

Maska 10
Təzə kartofu rəndələyin, bir neçə damcı bitki mənşəli yağ, 1 yemək qaşığı təzə süd və badam parçacıqları əlavə edin. Yaxşıca qarışdırıb maska hazırlayın.Üzünüzə çəkin. 20 dəqiqə saxlayın və yuyun. Dəri tipinizə uyğun krem tətbiq edin.

Maska 11
1 limonun suyu, 1 yumurta sarısı, 10 qram toz şəkər, 100 ml. su. Yaxşıca qarışdırın, qarışığı üzünüzə çəkin, 20-30 dəqiqə saxlayın. Bir gün sonra təkrarlayın.

Maska 12
25 qram maya və 1 çay qaşığı limon suyunu qarışdırın. Üzərinə 1 yemək qaşığı süd əlavə edin. Yaxşıca qarışdırın.Sonra bu qarışığı üzünüzə çəkin. 20 dəqiqə saxladıqdan sonra ilıq suyla yuyun.


Tarix: 22.11.2014 / 16:00 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...