Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SAÇ TÖKÜLMƏSİNİN QARŞISINI NECƏ ALMALI?

Saç tökülməsi probleminin səbəbləri.

Sağlam və gur görünən saçlar qadın gözəlliyinin ayrılmaz bir parçasını əmələ gətirir.

Bu səbəblə saçlar tökülməyə başladıqda dərhal hər qadında “Hamısı töküləcəkmi?” sual və fikiri yaranır.

Mütəxəssislərə görə, gündə 50-100 saç telinin tökülməsi adi bir vəziyyətdir. Ancaq saç itkisi getdikcə artırsa bu təhlükəli ola bilər.

Hər bir saç ayda 1 sm uzanır. Saçların böyümə, dartılma, istirahət etmə olaraq 3 mərhələdən ibarət bir dövr keçirir. Hər bir saç üçün böyümə mərhələsi təxmini 4 ildir. Ancaq bir qisimi də təxminən 3 ay davam edən istirahət etmə mərhələsində olur.

Saçın təbii dövrü gərəyi son mərhələyə girən saçlar tökülür. Sağlam bir adamın gündə 50 və 100 saç teli tökülür. Əgər saç bundan artıq tökülürsə deməli bir problem var deməkdir.

Bir çox xəstəlik və hormonal, metabolik, bəsinsəl təsir ilə saç tökülmələri əmələ gələ bilər.

Saç tökülməsi şikayətiylə özlərinə müraciət edən xəstənin əvvəlcə problemin həllini tapa bilmək üçün xəstə detallı olaraq sorğulanır. Çünki bəzən yalnız istifadə edilən dərmanın kəsilməsi belə saç tökülməsində həll ola bilir.

Ya da xəstənin həddindən artıq diyet etdiyi təsbit edilsə, zülal və vitamindən zəngin bəslənməsi təklif edilir.

Saçları sıx yumaq, dəridəki qoruyucu bakteriyaları yox edərək tökülmələrə səbəb olur.

Saçlarınızın dəsmal və ya saç qurutma maşınıyla deyil, təbii halında qurumasını təmin edin.

Həftədə 2 dəfə edilən saç maskaları, saçlarınızın güclənməsini təmin edir.

Saçınıza jele, saç köpüyü və ya briyantin kimi məhsullar tətbiq etdinizsə, gecə yatmadan əvvəl saçınızı yuyun.

Güclü saçlar üçün balanslı və saçın ana maddəsi keratinin quruluş daşı olan zülaldan zəngin bəslənin.

Perma, boya və düzləşdirmə kimi saçlarınıza zərər verən əməliyyatların tez-tez edilməsi də saçların zəifləyib qırılmalarına gətirib çıxarır.

Ən çox həftədə bir dəfə fen çəkdirin və sıx yığmaqdan çəkinin.

İş və həyat şərtləri səbəbiylə karyera sahibi bəzi qadınlar, həddindən artıq dərəcədə töküldüyündən şikayət edir. Bunun da səbəbi, iş həyatından qaynaqlanan stress, baxımlı görünmək məqsədiylə saçlara tez-tez edilən boya və fen kimi zərər verən tətbiqlər, səbəb olur.

♣ ♣ ♣
Siz əgər hərbiçilərə fikir vermisinizsə onlarda görərsinz ki, əksəriyyətin saçı tökülüb və keçəldilər. Bunun səbəbi onların başında daim papaq olmalarıdır və bunun nəticəsində də saç dibinin nəfəs almasından məhrum olmasıdır. Qadınlarda da bu cürdür. Saç nə qədər uzun olduqca saç kökünün gücü çatmır və saç dibi rahat nəfəs ala bilmir.

Həmçinin əsəb, gərginlik və stresdən qaçın.

SAÇ TÖKÜLMƏSİNİN QARŞISINI NECƏ ALMALI?
* 20 stəkan qaynar suya, 1 xörək qaşığı gicitkən otu qoyularaq, yarım saat gözlədikdən sonra, təmiz tənzifdən süzməli. Yatmazdan əvvəl, bu suyla saç diblərini oavaraq yumalı.
* 2 stəkan ilıq suya, 1 ədəd çiy yumurta sarısı çırpıb, qarışdırdıqdan sonra, axşamüstü saçlara sürtməli. Səhər, sabunla yumalı. Bu üsul kəpəyində qarşısını alır.
* 1 baş sarımsağı bişirib, sonra əzməli. 1 xörək qaşığı zeytun yağı qoyub, qarışdırmalı. Yatmazdan əvvəl, saç diblərinə sürtməli. Təmiz bir yaylığa büküb, yatmslı. Səhər, sabunla yumalı.
* Təmiz bir şüşəyə, 2 su stəkanı isti su, 2 xörək qaşığı (25 qram) karbonat və 2 xörək qaşığı (25 qram) paltar sabunu qoyub, yaxşıca çalxaladıqdan sonra 24 saat gözləməli. Sonra, üstdə yığılan qisimi götürüb, saçlara sürtüb, 6 saatdan sonra yumalı.
* 10 stəkan suya, 11 ovuc kəpək qoyub,. 10 dəqiqə qaynatdıqdan sonra təmiz tənzifdən süzüb, suya 1 su stəkanı təzə sıxılmış limon suyu əlavə edərək saçları yumalı. Eyni halı 15 gün davam etdirməli.
* 8 stəkan suya, 1 ovuc gülxətmi çiçəyi əlavə edib, 10 dəqiqə qaynatdıqdan sonra təmiz bir tənzifdən süzüb, saçları yumalı.
* 1 su stəkanı bala, 1 çay qaşığı qara bibər və 1 qəhvə fincanı yeni sıxılmış quru soğan suyu əlavə edərək, yaxşıca qarışdırdıqdan sonra, saçların dibinə yaxşıca sürtməli. 6 saat sonra ilıq su ilə, sabunla yumalı.

Saç tökülməsi problemi yaşayanlar, bitki mənşəli müalicəni tətbiq edərək, saç tökülməsinə qarşı maneə törədə bilərlər. Müalicələrin hamısını eyni anda etməmək, içlərindən sizə uyğun olanı seçərək, zamanla hamısını sınayaraq nəticə ala bilərsiniz. Hamısı təsirlidir. Bunun üçün bu bitki mənşəli saç baxım üsullarıyla saçlarınızı qoruya bilərsiniz.


Tarix: 06.07.2013 / 12:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 332 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...