Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

++++++Sağlam Üz Üçün Yumurta

Dərimizin hər vaxt canlı, sağlam və hamar bir görünüşdə olması üçün lazımlı baxımları laqeyd yanaşmamalıyıq. Bunu etmək, elə çətin və uzun zaman alan bir iş deyil. Hər gün 5-10 dəqiqənizi ayıraraq sağlam bir dəriyə sahib ola bilərsiniz. Bunun üçün çox bahalı kosmetiklər istifadə etməniz də lazım deyil. Aşağıda sizə verəcəyimiz sadə və hazırlanması asan düsturla da eyni nəticəni əldə edə bilərsiniz.

Kiçik bir qaba, bir yumurtanın sarısı, bir şorba qaşığı zeytunyağı və yarım qəhvə fincanı limon suyu qoyun. Yaxşıca qarışdırın sonra kiçik bir pambıq köməyiylə bu qarışığı dərinizə sürün. 20 dəqiqə qədər gözlənildikdən sonra ilıq südə batırılmış pambıqla dərinizi silib qurulayın.


Tarix: 02.07.2013 / 20:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 130 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...