Tərləmək bədənin təbii bir funksiyasıdır. Amma bizi gün içində narahat edəcək vəziyyətlərə sala bilər. Xüsusilə kimiləri digər insanlara görə daha çox tərlər və kimisinin narahat edici tər qoxusu ola bilər. Tər qoxusu həm özünüzü həm də ətrafınızdakıları narahat edəcək. Əsla tərləməyən biri olmaq bəzilərinin xəyalı ola bilər hətta. Amma ekspertlər tərəfindən tərləmənin sağlam bir vəziyyət olduğu və insanların gündə yarım ilə bir litr qədər tərlə bədəndən maye atması lazım olduğunu ifadə edirlər. Yəni tərləmənin qabağına kəçmək sağlımız baxımından təhlükəli bir vəziyyət ola bilər. Amma tərləmə nəticəsində yaranan pis qoxunun önünə keçə bilərik. Tərinizin pis iy verməsinə yediklərinizdə səbəb ola bilər.
Tər qoxusunun qarşısını ala bilməmiz üçün bəzi sadə üsullar var:
-Hər gün duş qəbul edin. Tək çox soyuq ya da çox isti suyla deyildə bədən istiliyinizə yaxın su ilə duş alın. Bu sizin duşdan çıxar çıxmaz tərləmənizə mane olacaq.
-Qoltuq altı və genital bölgə ətlərinin nizamlı olaraq təraş edilməsi tərləməyi və qoxunu azaldacaq.
-Təbii kristal daşları hər səhər isladaraq qoltuqaltınıza tətbiqiniz sizi tər qoxusundan qoruyar.
-Təbii parçalardan çıxarılmış geyimləri seçin. Kətan, ipək, yun dərinizin hava almasını təmin edəcək.
-Tər qoxusuna yol aça biləcək yeməklərdən uzaq durun. Soğan, sarımsaq, bastırma, balıq, badımcan kimi qidalar tər qoxusu edə bilər.
-Qəhvə, çay, spirt və yandırıcı qidalardan uzaq durun.
-Cəfəri yeyə bilərsiniz. Bu sizin tərlərsinizsə belə pis iy verməmənizi təmin edə bilər.
-Tər qoxusu üçün qoxu aradan qaldırıcı xüsusiyyəti olan adaçayı yağı, bədəndir və çay paketləri də istifadə edilə bilər.Üz və genital bölgələriniz xaric tərləyən bölgələrinizə doğru sürtün. Çay şəklində də içə bilərsiniz və ya çayı tərləyən bölgələrinizə tətbiq edə bilərsiniz.
-Spirtsiz gül suyu da tər qoxusuna mane olar. Bir parça salfet ya da pambığa tökəcəyiniz bir neçə damla gül suyu qol altında bakteriya meydana gəlməsini maneə törədəcəyi üçün pis qoxunun meydana gəlməsinə mane olacaq.
Tarix: 29.06.2013 / 13:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 169 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri