Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tuşlar

Kirpiklər gözlərin ifadəli görünməsinin təmin edən elementlərdən biri hesab olunur.Gözlərin ifadəli görünməsi tuşdan asılıdır.Buna görə də sizlərə tuşun fırçasına baxaraq,kirpiklərə uyğun gələnini necə seçmək lazım olduğunu öyrənək. HƏCMVERİCİ TUŞ Kirpiklərin həcmli görünməsinə kömək edir.Əsasən,seyrək kirpikləri olan qadınlar üçündür.

ADİ TUŞ Bu tuşlar müxtəlif rəngdə olur:tünd qəhvəyi,mavi,yaşıl,rəngsiz və əlbəttə ki, qara.Yaxşı olar,tuşlardan göz və ya geyim rənginə görə istifadə edəsiniz.

SUYADAVAMLI TUŞ Əsasən linza taxan xanımlar istifadə edirlər.Unutmayın ki,onu silmək asan deyil.Bu zaman yağlı vasitələrdən istifadə edə bilərsiniz.

QEYRİ-ADİ HƏCM Tuşun fırçası nazik görünsə də,inanılmaz həcm verir.Tuşun birinci qatını nazik çək,qurumasını gözlə,sonra ikinci qatı çək.

KİRPİKLƏRİ ARALAYAN TUŞ Bu növ tuş kirpiklərin bir-birinə yapışmasının qarşısını alır.Onun bir tərəfi adi fırça ,digəri isə kirpiklər üçün daraqdan ibarətdir.

UZADAN TUŞ Əsasən,irpikləri qısa,lakin həcmli olan xanımlara uyğun gəlir.Bu növ tuşları seçərkən fırçaya diqqət yetirməyi unutmayın. BURAN TUŞ Bu tuş kirpikləri yuxarıya doğru burur və baxışları daha ifadəli edir.Onlar həm uzadan,həm də həcmverici tuşlarla kombinasiyada istehsal edilir.


Tarix: 19.06.2013 / 20:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 156 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...