Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Onu özünə bağlamağın 15 qaydası

Onu dəli kimi sevir və bəyənirsən lakin o, səninlə heç maraqlanmır? Onu özünə sevdirmək istəyirsənsə, aşağıdakı məsləhətləri nəzərdən keçirin.

Pozitiv ol!
Heç bir kişi davamlı olaraq şikayət edən və hər şeydə qüsur tapan qadınları sevə bilməz. Pozitiv olun və unutmayın kişilər gülərüzlü qızları daha gözəl hesab edir.

Səmimi olmaqdan qorxmayın!
Ona qarşı olan duyğularını bəlli etmək, səni heç vaxt alçaltmaz, əksinə yüksəldər.

Özünə güvən!
Heç nə özünə güvən qədər xarizma yarada bilməz. Dostlarının fikirləri ilə hərəkət etmə və özünə nə qədər güvəndiyini ona göstər.

Təqlid etmə!
Məqsədin onu özünə bağlamaqdırsa, heç kəsi təqlid etmə. Bütün hərəkətlərində özün kimi davran.

Etiket qaydaları
Yüksək səslə gülmək və diqqət çəkən qəhqəhələrlə sən ancaq onun dostu ola bilərsən. Xanım kimi ol və etiket qaydalarına riayət et.

Aşırı makiyaj
Aşırı makiyajdan qaçın, əks halda bütün kişilərin diqqətini çəkən və çirkin qız olduğun üçün həddindən artıq makiyaj edən qız təsiri bağışlayarsan. Bu isə səni çıxlmaz vəziyyətə soxar.

Yaxşı dostlar
Atalar da yaxşı deyib ki, “Mənə dostunu göstər, sənə kim olduğunu deyim” Özün kimi insanlarla dostluq etməyə çalış, əks halda onu itirə bilərsən…

Özünü inkişaf etdir!
Onunla birlikdə olarkən iki kəlimə belə danışa bilmirsənsə, münasibətləriniz heç başlamadan bitər. Xarici görünüşün qədər intellektual səviyyən üzərində də işlə. Çoxlu kitab oxuyun, teartıra gedin, hətta futbol haqqında məlumat toplayıb onu təəccübləndirin.

Cool ol!
Heç kimi vecinə almayan vəheç kimi bəyənməyən qadınlar həmişə diqqət mərkəzində olur. Əgər bunu bacarmırsansa, sakit dur və səssizliyinlə ona təsir et.

Kompleksli olma!
Özündə qüsur hesab etdiyin şeylər ona cazibədar gələ və bəyənə bilər.

Mənalı baxmağı öyrən!
Əlbəttə ki, bu onun gözlərinə təcavüz etməli olduğun anlamına gəlmir. Ondan xoşlandığını və sevdiyini işarə edən baxışlarla bax. Lakin çox bəlli etmə, beləcə onu intizarda saxla…

Hər zaman baxımlı ol!
Baxımlı olmaq sadəcə makyaj etmək deyil! Saçların, manikürün, pedikürün hər zaman qaydasında olsun. Çantanda qəfil vəziyyətlər üçün nəm salfet gəzdir. Parfümü isə heç vaxt əksik etməyin.

Geyim!
Onun diqqətini çəkmək üçün bahalı və trend geyimlərə ehtiyac yoxdur. Kişilərin diqqətini çəkən maraqlı və zövqlü tərz yarat.

Dostları ilə münasibətlərini yaxşı saxla!
Xüsusilə də dostu ilə aranı hər zaman yaxşı saxla. Dostu ilə münasibətlərin yaxşı olarsa, onu əldə etmiş olarsan.

Təbii ol!
Bütün məsləhətlərə əməl edərkən təbii olmağı unutma. Təbii olmağı bacarmasan, bu işə heç girişmə.


Tarix: 12.06.2013 / 20:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 206 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...