Son illərdə internet evimizin vaz keçilməz ünsürlərindən birinə çevrilib. SİA-nın xəbərinə görə, ancaq dövrümüzdə kifayət qədər geniş yayılan internetin müsbət tərəfləri olduqca çox olmasına baxmayaraq, səbəb olduğu təhlükələrin də fərqinə varmalı olduğumuzu düşünürük. Hər bir faydalı şeydə olduğu kimi elə mənfi yöndə istifadə edilmə ehtimalı ən çox olan “alət” bəlkə də internetdir.
İnternet sayəsində nəhəng kitabxanalara daxil olmaq, beynəlxalq mətbuatdan xəbərdar olmaq, təkbətək söhbətlərə dalmaq, faydalı bədii və sənədli filmləri seyr etmək imkanı əldə etməklə yanaşı, orada insan fitrətinə və etiqadına zidd olan xoşagəlməz məlumatlar, şəkillər, videoçarxlar da mövcuddur. İnternetdə mövcud olan ünsiyət vasitələrindən biri də “virtual söhbət”dir ki, bunu insanlar “çat” adlandırırlar. Bu “çat”ın sayəsində dünyanın o biri tayındakı bir şəxslə tanış ola bilir, onlara müxtəlif sənədlər, şəkillər və s. göndərə bilir, onları söhbət əsnasında video-rabitə vasitəsilə görə bilirik. Digər tərəfdən, internet bizə əlavə məbləğ ödəmədən müxtəlif insanlarla tanış olmaq, fikir və düşüncələrimizi onlarla bölüşmək kimi xidmətlər də təklif edir. Habelə, bu “alət” bizə lüzumsuz şəxslərlə müxtəlif səpkili məhəbbət mövzularına dalmamıza da səbəb olur. İnternet insanı heç gözləmədiyi təhlükəli macəralara da sürükləyə bilir.
Tarix: 21.11.2012 / 13:40 Müəllif: [Ram] Baxılıb: 527 Bölmə: Maraqlı melumatlar