Elə bir zamanda yaşayırıq ki dostlarımızla oturub saatlarla söhbət edə bilməz olduq. Söhbət edərkən belə, söhbətin ən maraqlı anında bir yoldaşınızın əli cib telefonu, iPhone ya da Blackberryə gedə bilir. Mütəxəssislərə görə, yayılaraq artan bu vəziyyət, xəstəlik əlaməti ola bilər.
Hər hansı bir məkanda yoldaşınızla oturub söhbət etdiyinizi düşünün.Söhbət davam edərkən yoldaşınızın əli birdən cib telefonu, iPhone ya da Blackberryə gedir. E-poçtlarına cavab yazır, Facebookda şərh edir, Twitter hesablarını nəzarət edir. Ya da ünsiyyət saytlarına nəzər salır.
Nə hiss edərsiniz? Xoşlanmayacağınız qəti. Ancaq bu vəziyyət son zamanlarda gedərək yayılır. Mütəxəssislərə görə, bu xəstəlik belə ola bilər.
Əslində texnologiyadan qopa bilməmə vəziyyəti bir şeylərə bağlanma ehtiyacından qaynaqlanır. Mütəxəssislərə görə, virtual əlaqələrindən imtina edə bilməmənin uyğunlaşma pozuqluğu şəklində qarşımıza çıxır. İnsanların gedərək təkləşdiyini və ictimai əlaqələrinin azaldığını izah edən mütəxəssislərə görə spirt, televiziya və telefon asılılığının yanında kabelsiz daxilolma əlaqəsi də hər keçən gün asılılığa çevrilir.
Mütəxəssislərə görə, İnsanın ən fundamental ehtiyaclarından biri, ictimailiyini təmin etməsi və aidiyyət duyğusunun yaradılmasıdır. Gerçək əlaqələrlə yaradıla bilməyən duyğular virtual ünsiyyətlərlə aradan qaldırılmağa çalışılır. Belə olunca gerçək əlaqələrə ehtiyac duyulmur. Bu vəziyyət də təhlükələri özü ilə gətirir. Telefon və internetdə, hər xəbərdarlıqçı və mesajın zehinin sıxlaşma sahəsini dağıtdığını vurğulayan mütəxəssislər, bunun zaman içərisində vərdiş halına çevrildiyini bildirirlər. Qalıcı diqqət dağınıqlığı da konsentrasiya pozuqluğu və ya fokuslanma problemlərini özü ilə gətirir. Beləliklə insan əlaqələri get-gedə ictimailikdən təkliyə çevrilir.
Tarix: 21.11.2012 / 12:59 Müəllif: [Ram] Baxılıb: 384 Bölmə: Maraqlı melumatlar