Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ABŞın yeni kralı FACEBOOK !

ABŞın ən çox seçilən ictimai şəbəkə saytı artıq MySpace deyil. Yeni çempion Facebook-dur !


Avropanın bir çox ölkəsində də olduğu kimi ölkəmizdə də ən məşhur ictimai şəbəkə saytı Facebook-dur. Lakin Facebook ABŞda heç cür zirvəni ələ keçirə bilmirdi. Uzun müddət ABŞın ən çox ziyarət edilən ictimai şəbəkə saytı olan MySpace isə daha çox dözə bilmədi və Avropadan sonra ABŞı da ən böyük rəqibi Facebooka qapdırdı.

ComScorenin nəşr etdiyi rəqəmlərə görə 2008-ci ilin May ayında MySpacenin ziyarətçi sayı 70,3 milyonkən, Facebookun ziyarətçi sayı yalnız 36 milyon idi. Aprel 2009da fərq çox böyük nisbətdə bağlandı və MySpacenin 70,9 milyon ziyarətçisinə qarşı Facebook 67 milyon ziyarətçini ağırladı. Lakin 2009 May etibarilə zirvə əl dəyişdirdi və MySpacenin 70,237 milyon ziyarətcəsinə qarşı Facebook ilk dəfə rəqibini 70,278 milyon ziyarətçi ilə keçməyi bacardı.

Dünya səviyyəsindəki rəqəmlərdə isə Facebook onsuz da açıq qabaqda idi. May 2009da MySpace dünya səviyyəsində 123 milyon ziyarətçi ağırlayarkən, Facebookun ziyarətçi sayı 307 milyona çatdı.


Tarix: 21.11.2012 / 12:30 Müəllif: [Ram] Baxılıb: 352 Bölmə: Maraqlı melumatlar
loading...