Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Microsoft öz axtarış sisteminin reklamına 100 milyon ABŞ dolları xərcləyəcək

Microsoft Kumo-nu az, lakin daha keyfiyyətli axtarış nəticələri təqdim edən servis kimi nümayiş etdirmək niyyətindədir.
+
Layihənin reklam büdcəsi 80-100 milyon ABŞ dolları arasında olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, bütün 2008-ci il ərzində Microsoft-un ABŞ-dakı reklam xərcləri 361 milyon dollar təşkil edib. Şirkət öz reklamlarını Şəbəkədə, televiziyada, pressada və radioda yerləşdirəcək.
Microsoft-un yeni axtarış sisteminin işçi adı – Kumo-olacaqdır. Onun Google və ya Yahoo!-ya rəqib kimi təqdim olunacağı nəzərdə tutulmayır.
2009-cu ilin mart ayının ortasına olan məlumata görə Microsoft-un ABŞ-ın axtarış sistemi bazarındakı payı 8,2% olub ki, bu, 12 ay ərzində əldə olunan ən kiçik göstəricidir. Vəziyyəti dəyişdirməyi planlaşdıran Microsoft artıq mart ayında Kumo axtarış servisinin test işlərinə başlayıb


Tarix: 21.11.2012 / 11:36 Müəllif: [Ram] Baxılıb: 429 Bölmə: Maraqlı melumatlar
loading...