Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qlobal Şəbəkənin informasiya həcmi 500 milyard qiqabayta çatmaqdadır.

nternetdə informasiya həcmi 500 milyard qiqabayta yaxınlaşmaq üzrədir.Müqayisə üçün qeyd edək ki, bu Yer Kürəsindən Plutonadək hündürlüklü kitab yığınındakı məlumat həcmindən 10 dəfə çoxdur.
Şəbəkədəki kontent həcminin kəskin sürətdə artması sosial şəbəkələrin çoxalması, internetə çıxışla təmin olunmuş mobil telefonların artması və elektron hökumət bazaların inkişafı ilə bağlıdır.
Hazırda kontent həcmi təxminən 487 milyard qiqabayt təşkil edir. Burada əsas yeri rəqəmli kameralar vasitəsilə lentə alınmış videofayllar və peyklə çəkilmiş şəkillər tutur.
Son araşdırmalar göstərir ki, “rəqəmli kainatın” həcmi gələcək 1,5 il ərzində 2 dəfə artacaq.


Tarix: 21.11.2012 / 12:08 Müəllif: [Ram] Baxılıb: 276 Bölmə: Maraqlı melumatlar
loading...