Giriş.
Bu gün Internet hamının dilindən düşmür.
Həyatımızın ayrılmaz hissəsinə çevrilmiş bu şəbəkənin geniş inkişafı kompüter vasitəsilə informasiyanın işlənməsinə olan münasibəti çox dəyişdirmişdir.
İnternetin imkanları insanın təsəvvür edə biləcəyi qədər genişdir.
İnternet
dünyanın müxtəlif hissələrində millionlarla insanın ünsiyət imkanıdır
istənilən mə`lumatın alınması və yayımlanması, sazişlərin bağlanması və boş vaxtın keçirilməsi vasitəsidir
XX əsrin ən böyük nailiyyətlərindən biridir.
İnternetin yaranma tarixi.
İnternet dünya ölkələrinin əksəriyyətinin şəbəkələrini birləşdirir.
Bu gün İnternet demək olar ki, dünyanın bütün ölkələrini əhatə edir və onun istifadəçilərinin sayı getdikcə artır.
İnternetdə vahid idarəetmə mərkəzi yaxud vahid müdiriyyət yoxdur. Buna baxmayaraq şəbəkənin belə təşkili əslində dərindən düşünülmüş struktur deməkdir. Bu struktur 1969-cu ildə ABŞ Təhlükəsizlik nazirliyi tərəfindən işlənmiş ARPAnet layihəsi çərçivəsində qurulmuş və on minlərlə dünya proqramçılarının kollektiv şüuru ilə getdikcə inkişaf etdirilmiş və mükəmməlləşdirilmişdir.
Gələcək şəbəkənin strukturuna ilk addımlardan başlayaraq informasiyanın nəqlinin etibarlılığı və yuksək səviyyəli qəzaya qarşı müqavimət.
İnternetin əsas xidmətləri
Elektron poçt ( e-mail );
Telekonfranslar;
və nəhayət WWW - informasiya-sorğu verilənlər bazaları, hökümət sənədləri, kitabxana kataloqları və sair kimi çoxsaylı müxtəlif sənədlərdən ibarət olan hipermətn mühiti
Kompüter şəbəkələri və şəbəkə protokolları.
İki və ya bir neçə kompüter verilənlər mübadiləsi məqsədi ilə bir birinə qoşulduqda kompüter şəbəkəsi yaranır.
Bir təşkilatın kompüterlərini birləşdirən şəbəkəyə Lokal şəbəkə və ya LAN (Local Area Network) deyilir.
Bundan əlavə, lokal şəbəkələri və fərdi istifadəçiləri birləşdirən şəbəkə Qlobal şəbəkə və ya WAN (Wide Area Network) adlanır.
Lokal şəbəkəni (LAN) qlobal şəbəkə (WAN) ilə birləşdirən kompüter və bu kompüterdəki proqram təminatı şlyuz (Gateway) adlanır.
Qlobal şəbəkələri birləşdirən daha yüksək səviyyəli şəbəkə də mövcuddur. Bu şəbəkə İnternet adlanır. İnternet bütün dünya üzrə müxtəlif kompüterlər arasında ünsiyyət üçün imkan yaradan və informasiya mübadiləsini təmin edən şəbəkələr şəbəkəsidir.
Müxtəlif tipli, müxtəlif əməliyyat sistemli kompüterlərin belə bir ünsiyəti nəticəsində ortaya üyğunluq problemi çıxır. Bu problemi aradan qaldırmaq məqsədi ilə informasiya mübadiləsinin təşkili üçün vahid qaydalar, yəni vahid standart (protokol) işlənmişdir. Bu protokol - TCP/IP (Transmission Control Protocol / Internet Protocol) - verilənlərin nəqlinə nəzarət/İnternet protokoludur.
İnternetə qoşulma ayrılmış kanal vasitəsi ilə və ya zəng etmə yolu ilə, yəni telefon xətti ilə həyata keçirilir. Ayrı-ayrı kompüterlərin ayrılmış kanal vasitəsi ilə və ya telefon xətti ilə şəbəkəyə qoşulması üçün nəzərdə tutulmuş qurğuya Modem (modulyator- demodulyator) deyilir.
Sizin İnternetə qoşulmanızı, məktublarınızın göndərilməsini, alınmasını və qorunub saxlanmasını təmin edən təşkilat internet-provayder adlanır. İnternet-provayder İnternetlə bağlı başqa xidmətlər də göstərir.
IP-ünvan.
İnternetdə sizin kompüterin identifikasiyası, yəni müəyyənləşdirilməsi üçün provayder tərəfindən ona IP-ünvan təyin edilir. IP-ünvan, hər birisi səkkiz ikilik rəqəmdən ibarət olan dörd qrupdan ibarətdir, və çox zaman onluq şəkildə yazılır. Məsələn: 208.220.230.4 . Burada axırıncı (dördüncü) rəqəmlər qrupu şəbəkədə kompüterin nömrəsini, üçüncü qrup isə şəbəkənin nömrəsini göstərir.
Rəqəmli nömrələri yadda saxlamaq çətin olduğundan domen adlarından istifadə olunur.
Məsələn, Beyaz.az
Burada www(world wide web) beyaz domen .az isə birinci səviyyəli domendir.Internetdə altdomenlər(subdomain) də mövcuddur.Məs.:http://mp3.beyaz.az.Ünvanın bir şəkildən başqa şəklə çevirilməsi xüsusi Domen Adları xidməti (DNS - domain name service) tərəfindən yerinə yetirilir.
Ölçü vahidləri. İnformasiyanın nəqli sürəti.
İnformasiyanın texniki vasitələrin köməyi ilə nəqli, saxlanması və işlənməsi zamanı, o, ikilik kod da, yəni sıfırlar və birlərin ardıcıllığı kimi təsvir edilir.
İnformasiyanın ən kiçik ölçü vahidi bitdir. 1 bit - bir ikilik movqeyin daşıdığı informasiyanın miqdarıdır. 8 bit bir bayta bərabərdir.
1 Kilobit В» 103 bit
1 Meqabit В» 106 bit
1 Giqabit В» 109 bit
1 Terabit В» 1012 bit
İnformasiyanın nəqli zamanı onun sürəti saniyədə bitlə və ya saniyədə impulsla (bod (boud) ) ölçülür.
Hər ay İnternet kanalları ilə orta hesabla 30 Terabitdən artıq informasiya nəql edilir. Bu, hərəsi 700 səhifədən ibarət olan 30 million kitaba bərabərdi
***
Brouzerlər. On-line və Off-line iş rejimləri
Brouzer - Sizin kompüterdə işləyən və İnternet-səhifələrin axtarışına və baxılmasına imkan yaradan bir proqramdır. İnternetdən sizə və sizdən İnternetə informasiya göndərərkən, brouzer müştəri-server sxemindən istifadə edir. Bu sxemdə sizin kompüter - müştəri kimi, uzaqda yerləşən kompüter isə server kimi çıxış edir.
Siz istifadəçi olduğunuz halda kompüterinizdəki müştəri proqramı (brouzer) server adlanan şəbəkə qovşağına qoşulur və ona informasiya almaq üçün sorğu göndərir. Serverdəki proqram, öz növbəsində, bu informasiyanı sizə göndərir və növbəti sorğunu gözləyir. Belə iş rejiminə On-line iş rejimi deyilir (On-line ).
Çoxfunksiyalı bir proqram kimi brouzer avtonom rejimdə - İnternetə qoşulmadan - HTML- sənədlərə və GIF, JPG və ya JPEG formatlı şəkillərə baxmaq üçün istifadə olunur. Bu recim Off-line iş rejimi adlanır.
Müxtəlif şirkətlər tərəfindən yaradılmış bir çox brouzerlər mövcuddur. Lakin bütün dünyada istifadəçilərin əksəriyyəti Microsoft şirkətinin Internet Explorer və yaxud Netscape şirkətinin Netscape Communicator proqramların seçir.
Biz Internet Explorer 5 brouzerinin işi ilə tanış olacağıq. Netscape Communicator proqramı bundan az fərqlənir.
İşçi stolunda proqramın işarəsinin üzərində mausun düyməsini iki dəfə basmaqla, onu işə salın.
Ekranda Internet Explorer brouzerinin pəncərəsini görürsünüz. Hal-hazırda ünvan sətrində, proqram işə salınarkən avtomatik yüklənən və Home Page adlanan Ev Web - səhifəsinin ünvanı göstərilir.
Avtomatik yüklənən Ev səhifəsinin ünvanı brouzerin sazlanması zamanı təyin edilir.
URL -ünvan.
Ümumdünya Torunun (WWW) əsasını lazımi sənədlərin ünvanlarını göstərən əlaqələr sistemi təşkil edir. Əlaqənin yaradılması texnologiyalarından asılılığı aradan qaldırmaq məqsədilə WWW üçün xüsusi ünvan sistemi URL yaradılmışdır. URL ( universal ünvan göstəricisi ) sənədin adı ilə birgə ona çatma protokolunu da göstərir.
Ünvan sətrinə göstərilən ünvanı daxil edin:
http://www.Beyaz.az
URL-ünvana diqqət yetirdikdə görürsünüz ki o iki nöqtə ilə bölünmüş iki hissədən ibarətdir. Sol tərəf ( http) sənədin tipini göstərir və istifadə olunmuş şəbəkə protokolunu müəyyənləşdirir.
Sağ tərəf isə ( http://Beyaz.az)konkret sənədin ünvanını göstərir.
İstinada, yəni URL-ünvana müraciət etdikdə, sorğunun yerinə yetirilməsi 4 mərhələyə bölünür:
Connection (Qoşulma)
Request (Sorğu)
Response (Cavab)
Close (Əlaqənin kəsilməsi)
Birinci mərhələdə Web-müştəri (brouzer IE, Netscape və s.) serverlə əlaqə yaradmağa çalışır. Qoşulduqdan sonra, müştəri verilmiş protokola əsasən serverə axtarılan obyekt barəsində sorğu göndərir.
Server sorğuya cavab tapan kimi bu cavabı müştəriyə ötürür. Bundan sonra əlaqə kəsilir və brouzer alınmış sənədləri əks etdirir. Bu prosses HTTP-nin - hipermətnin köçürülməsi protokolunun əsasını təşkil edir.
Klaviaturada Enter düyməsini basın. Göstərilmiş ünvana əsasən Web-səhifə axtarılan zaman pəncərənin aşağısında yerləşən məlumat sətrində yüklənən səhifənin IP-ünvanı, sənədin adı və sair göstərilir.
İstəsəniz, F11 düyməsini basmaqla səhifəni bütün ekran boyu aça bilərsiniz.
Əlaqələrdən istifadə etmə qaydaları.
URL -ünvanlarala yanaşı əlaqə və ya hiperəlaqələrdən də istifadə olunur. Bu istinadlar adətən rəngli mətn, işarə, rəsm şəklində olur, çərçivəyə də alına bilər.
Səhifənin sol tərəfindəki mətnə diqqət yetirin. Şəkil və ya mətnin hiperistinad olub olmadığını yoxlamaq üçün mausun göstəricisini onun üzərinə gətirin. hiperistinadın üzərinə gətirildikdə göstərici görünüşünü dəyişərək, məsələn, əl şəklini ala bilər. Məlumat sətrində bu zaman istinadın URL-ünvanı göstərilir.
İstinaddan istifadə etmək üçün onun üzərində mausun düyməsini bir dəfə basmaq kifayətdir. Bu zaman istinadın işarə etdiyi Web-səhifənin axtarışı başlanır.
Web-səhifə demək olar ki bütün hallarda bir neçə əlaqəli HTML-sənəddən ibarət olur. Hiperəlaqələrlə və eləcədə vahid mövzu, müəllif və sairlə biri birinə bağlı olan bir qrup Web-səhifəyə Sayt (Site) deyilir.
Ünvanlar siyahısından səhifələrin seçilməsi və axtarış jurnalına baxılma.
Əvvəl baxılmış səhifəyə keçmək üçün Geriyə (Back) düyməsindən istifadə edilir. İrəli (Forward) düyməsini basdıqda siz növbəti səhifəyə keçə bilərsiniz.
Bundan əlavə, ünvan sətrinin sağında bir düymə görürsünüz. Bu düyməni basdıqda ünvanlar siyahısı açılır. Qısa jurnal adlanan bu siyahıda sizin ünvan sətrinə daxil etdiyiniz ünvanlar qeydə alınır. Bu siyahıya hiperəlaqə ilə keçdiyiniz yox, yalnız ünvan sətrinə son daxil etdiyiniz ünvanlar yazılır.
İstədiyiniz ünvanın üzərində mausun düyməsini basın və brouzer onu yükləyəcək.
Brouzerlə iş sona çatdıqda ünvan sahəsi təmizlənir, açıq səhifələrin siyahısı sistem menyusundan silinir.
Keçmiş iş seansı zamanı baxılmış səhifələrin siyahısı jurnalda saxlanılır. Alətlər lövhəsindəki Jurnal (History) düyməsini basın. Ekranda jurnalın pəncərəsi açılır.
Misal üçün, Şənbə günü baxılmış səhifələrin siyahısına nəzər salmaq üçün Şənbə (Saturday) seçin. Jurnal düyməsini təkrar basmaqla pəncərəni bağlayın.
İstəyinizlə Jurnaldakı siyahını silmək olar.
Xidmət (Tools) menyusundan İnternetin parametrləri(Internet options) əmrini seçin və Ümumi (General) səhifəsində Jurnalı silmək (Clear history) düyməsini basın. Təsdiqləmək üçün OK düyməsini basın.
Seçilmiş səhifələr siyahısı.
Çox bəyəndiyiniz səhifələrin ünvanlarını Seçilmiş səhifələr (Favorites) siyahısına daxil etməklə qoruyub saxlaya bilərsiniz.
Seçilmiş səhifələr siyahısına daxil etmək istədiyiniz səhifəni açın. Məsələn, www.nasa.gov URL-ünvanı Ünvan sətrinə yazın və Enter düyməsini basın.
Səhifə yükləndikdə Seçilmiş səhifələr (Favorites) menyusundan Əlavə etmək (Add to favorites) əmrini seçin. Ekranda eyni adlı dialoq pəncərəsi açılır və bu pəncərədə əlavə göstərişlər verilməlidir.
Adı (Name) sahəsində səhifəyə "Kosmos" adı verin. Siz əlbəttə ki, səhifənin avtomatik verilmiş öz adını da saxlaya bilərsiniz.
Offline rejimində işləmək imkanı verilir (Make available offline) sahəsinin qeyd edilməsi bu səhifəyə Offline rejimində, yəni İnternetə qoşulmadan baxmağa imkan yaradır.
Səhifənin saxlanacağı qovluğu seçmək üçün Yaratmaq (Create in) düyməsini basın. Gördüyünüz kimi pəncərənin yeni bir hissəsi açılır və burada aktiv qovluqların siyahısı verilir.
Yeni qovluq (New folder) düyməsinin köməyi ilə özünüzə yeni qovluq yaradın və ona Astronomiya adı verin. Yerinə yetirdiyiniz əməliyyatları təsdiqləyin (OK).
Bir daha Seçilmiş səhifələr(Favorites) menyusunu seçsəniz yeni yaradılmış yazını görə bilərsiniz. Seçilmiş səhifələr qovluğuna ünvanın daxil edilməsi üçün başqa üsul da var. Bunun üçün səhifənin boş bir hissəsində mausun sağ düyməsini basaraq kontekst menyudan Əlavə etmək əmrini seçmək lazımdır.
Axtarış
İnternetdə lazımi məlumatın axtarışı, axtarış sistemlərinin köməyi ilə aparılır.
Siz ekranda bir neçə ən çox istifadə olunan axtarış sistemlərindən ibarət siyahını görürsünüz.
http://www.google.az
http://www.rambler.ru
http://www.yahoo.com
http://www.yandex.ru
http://www.aport.ru
http://www.webzirve.com
http://www.altavista.com
http://www.webrehberi.com
İstənilən mövzuda, məsələn "İdman" mövzusunda, məlumat axtarmaq üçün verilmiş formaya qeyd olunan İdman" açar sözünü daxil etmək və Axtarış (Search) düyməsini basmaq lazımdır.
Axtarış zamanı sistem hər Web-səhifədə rast gəldiyi açar sözlərinin sayını qeydə alır. Və nəhayət ekrana sizin verdiyiniz şərtlərə daha çox üyğun olan qovşaqların siyahısı çıxarılır.
Bu siyahıda sənədlər açar sözünün sayının azalması istiqamətində nizamlanır.
Axtarış prossesi ilə daha ətraflı tanış olmaq üçün Yahoo axtarış serverindən istifadə edək.
Ünvan sətrinə URL-ünvanı daxil edin ( www.yahoo.com ) və Enter düyməsini basın.
Səhifəyə nəzər salın. Səhifədə verilmiş bölmələr siyahısını görursunuz.
Fərz edək ki, proqramlaşdırma dilləri üzrə kitab axtarmalıyıq.
Kompüterlər və İnternet (Computers and Internet) bölməsinin üzərində mausun düyməsini basın.
Yeni bölmələr siyahısı açılır.
Bu siyahıda Proqramlaşdırma dilləri (Programming languages) bölməsinin üzərində düyməni basın. Ekrana yeni siyahı çıxır.
İndi isə Kitablar (Books) bölməsini seçin və düyməni basın. Beləliklə, getdikcə axtarış sahəsini daraldaraq istədiyiniz səhifəni tapa bilərsiniz. Gördüyünüz kimi bu halda açar sözlərində istifadə edilmir.
İndi isə axtarış aparmaq üçün açar sözündən istifadə edək.
Başqa bir axtarış serverinə müraciət edək.
Ünvan sətrində www.rambler.ru yazın və Enter düyməsini basın.
Səhifə yükləndikdən sonra axtarış sahəsinə Hippokrat (Qippokrat) açar sözünü daxil edin və Axtarış (Search) düyməsini basın.
Sistem axtarış apararaq müvafiq səhifələrin siyahısını çıxaracaq. Lazımi səhifəni seçin.
Siyahıdakı səhifələrin bir-bir brouzerin eyni pəncərəsində açılması müəyyən çətinliklərə səbəb olur. Hər dəfə siyahıya müraciət edərkən geriyə qayıtmaq lazım gəlir. Bu çətinliyi aradan qaldırmaq üçün bir neçə səhifəni eyni zamanda yükləmək olar.
Mausun göstəricisini istinadın üzərinə gətirin, mausun sağ düyməsi ilə kontekst menyunu açın və Yeni pəncərədə açmaq (Open in new window) əmrini seçin.
Brouzerin parametrlərin dəyişdirilməsi.
Brouzerin bəzi parametrlərini dəyişdirmək üçün Xidmət (Tools) menyusundakı İnternetin parametrləri (Internet options) əmrini seçin.
Açılan eyni adlı dialoq pəncərəsində əsas parametrləri dəyişdirmək olar.
Ümumi (General) səhifəsinə baxaq. Faylları ləğv etmək (Delete files) düyməsini basmaqla siz Web- səhifələrə baxılan zaman xüsusi Müvəqqəti İnternet faylları (Temporary Internet files) qovluğunda saxlanmış faylları silə bilərsiniz.
Bu əməliyyat səhifələrin yüklənmə sürətini artırır.
Biz brouzerin işə salınması zamanı avtomatik yüklənən start səhifə barəsində sizə məlumat vermişdik. İstənilən hər hansı bir səhifəni brouzerin start səhifəsi kimi qeyd etmək olar. Ünvan sətrinə www.intel.com yazın, Tətbiq (Apply) düyməsini, sonra OK düyməsini basın.
Nəticədə, hər dəfə brouzer işə salınanda Intel kompaniyasının səhifəsi yüklənəcək.
İnternetin parametrləri pəncərəsini bir daha açın.
Ümumi (General) səhifəsində Rəng (Colors) düyməsini basın. Açılan pəncərədə istinadların rənglərini dəyişə bilərsiniz.
Brouzerlərin çoxu baxılmış səhifələri keş adlanan yaddaş sahəsində saxlayır.
Belə səhifələrə təkrar müraciət ediləndə brouzer onları şəbəkədən yox keş-yaddaşdan yükləyir.
Keş-yaddaşla işləmə parametrlərini dəyişdirməklə yükləmə surətini artırmaq olar.
Ümumi (General) səhifəsində, İnternetin müvəqqəti faylları (Temporary Internet files) sahəsində Sazlama (Settings) düyməsini basın.
Diskdə istifadə üçün ayrılmış sahə (Amount of disk space to use) parametrini dəyişmək üçün mausun düyməsini basın və buraxmadan parametrin düyməsini sağa sürüyün.
Keş-yaddaş üçün nə qədər çox yer ayrılarsa, bir o qədər çox səhifə burada saxlana bilər. Təsdiq üçün OK düyməsini basın.
Faylların ftp-serverlərdən yüklənməsi.
İnternet şəbəkəsinindəki qovşaqların içində FTP-serverlərə fayl arxivləri kimi baxılır. Bu tipli serverlərin iş üsulları ilə tanış olmaq üçün bir misal gətirək.
İlk növbədə FTP- serverlə əlaqə yaratmaq lazımdır.
Ünvan sahəsində tile.net/ftp-list yazın və Enter düyməsini basın.
Qarşınızda FTP-serverlərin böyük siyahısını görürsünüz. İstədiyiniz kateqoriyanı seçin - Site name. Sizə lazım olan serverlər siyahısı bu kateqoriyaya əsasən nizamlanır.
Misal üçün, L hərfi ilə başlanan FTP-serverlərin siyahısını yükləyin. Bunun üçün L hərfini seçin.
linux.nrao.edu üzərində mausun düyməsini basın. Server yuklənib qurtardıqdan sonra növbəti siyahının alınması üçün mausun düməsini iki dəfə basmaqla qovluğu seçin. Məsələn, Pub qovluğunu.
Beləliklə qovluqları aça-aça istənilən sənədləri tapmaq olar.
Daha bir misal.
Siz Macintosh kompüterləri üçün yaradılmış proqramları tapıb öz kompüterinizə yükləmək istəyirsiniz.
ftp://ftp.netscape.com ünvanını yazın və Enter düyməsini basın.
Mausun düyməsini iki dəfə basmaqla Pub qovluğunu, sonra CoolTalk və nəhayət Mac qovluğunu seçin.
İstədiyiniz Macintosh kompüteri üçün proqramlar siyahısını görürsünüz.
Bu faylları kompüterinizə köçürmək üçün qovluğun kontekst menyusundan Qovluğa köçürmək (Copy to folder) əmrini seçin. Ekranda Qovluqlara baxılma (Browse to folder) dialoq pəncərəsi açılır. Buradan faylları yazmaq üçün istənilən qovluğu seçə bilərsiniz.
Web-səhifələrinin yadda saxlanması.
Web-brouzerin köməyi ilə istənilən səhifəni asanlıqla yadda saxlamaq olar. İlk növbədə ünvan sətrində ünvanı yazıb səhifəni yükləmək lazımdır.
beyaz.az yazın və Enter düyməsini basın.
Səhifə yükləndikdən sonra Fayl (File) menyusundan Yadda saxlamaq (Save) əmrini seçin.
Açılan dialoq pəncərəsində içində faylı saxlamaq istədiyiniz qovluğu seçin və Faylın adı sahəsində Azərbaycan adını yazın.
Sonra Faylın tipi (Save as type) açılan siyahısından HTML-faylı (Web page, HTML only (*.htm, *.html)) sətrini seçin.
Yadda saxlama əməliyyatını sona çatdırmaq üçün Yadda saxlamaq (Save) düyməsini basın. Beləliklə Web-səhifə yaddaşa yazıldı.
Web-səhifələrin çap edilməsi.
Web-səhifəni çox asanlıqla çap etmək olar.
Fayl (File) menyusundan Çap (Print) əmrini seçin.
Açılan pəncərənin Çap edilməli (Print range) hissəsində Hamısı (All) şərti seçilməlidir. Xassələr (Properties) düyməsini basın, açılan siyahıdan A4 formatlı vərəqi seçin.
Yerinə yetirilən əməliyyatları təsdiqləyin.
Nəticədə səhifə çap ediləcəkdir.
Tarix: 21.11.2012 / 13:33 Müəllif: [Ram] Baxılıb: 2459 Bölmə: Maraqlı melumatlar