Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnsan nə ilə və necə müsəlman olur?

Insan ilk olaraq müsəlman olmaq niyyəti ilə şəhadət gətirərək İslam çərçivəsinə girir və müsəlman olur. İlk olaraq müsəlman olmaq üçün kəlimeyi şəhadət kifayətdir. Amma İslam tək LƏ İLƏHƏ İLLƏLLAHI tələffüz etməklə qurtarmır buna irəlidə toxunacağıq…
Deməli dedik ki, ilk olaraq müsəlman olmaq üçün kəlimeyi şəhadət kifayətdir. Və buna misal olaraq Məs: əgər insan şəhadət gətirərsə, əməl etməyə vaxtı olmazsa (şəhadət gətirib sonra dərhal döyüşə atılan səhabə) və yaxud cahilliyi üzündən əməlin ona vacib olduğunu bilməzsə ( silanın hədisi) və belə halda ölərsə bu LƏ İLƏHƏ İLLƏLLAH ona fayda verəcəkdir.
Kitablarda keçən sələflərin (islam kəlimədir) sözündəki hikmət də məhz bundan ibarətdir. Namaz, oruc, zəkat, həcc kimi ibadətlərin ilk şərtinin “müsəlman olması” bu əməllərdən qabaq insanın müsəlman olmasına dəlildir. Yəni insan ilk olaraq müsəlman olur ki, namaz, oruc, həcc də ona vacib olur. Müsəlman olmasaydı bu ibadətlər ona vacib olmazdı. Deməli, kafirə namaz, oruc, həcc vacib deyildir. Çünki bu ibadətlərin vacib olması üçün ən birinci şərt kafirdə yoxdur.
Həmçinin şeyxul İslam İbni Teymiyyə buyurur ki, dində zəruri bilinən və ümmətin ittifaq etdiyi məsələlərdəndir ki, insanda İslamın əsli, onlara ən birinci əmr olunan( Əşhədu ənlə iləhə illəllah va əşhədu ənnə muhammədər rasulullah) ilə, yəni kəlimeyi şəhadət gətirməklə olur. Və bununla kafir müsəlmana çevrilir, sonra əgər bunu qəlbdən deyibsə islama girmiş olur. Əgər qəlbdən deyil sadəcə dildən demişsə onun zahiri İslamdı amma daxilində isə iman yoxdur.
Şərh aqidətul tahaviyyə 15-ci səhifə. Həmçini Fəthul bəri 1-ci cild 497-ci səhifə.


Tarix: 03.12.2014 / 17:01 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Maraqlı melumatlar
loading...