Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərimizin (s) nurlu kəlamarından.

1) "Az yeyən Şəxsin mədəsi sağlam qalar və o, qəlb saflığı tapar. Çox yeyən Şəxsin mədəsi isə xəstə olar və qəlbi bərkiyər".

2) "Möminlərin ən yaxŞısı, möminlərin ünsiyyət tuta bildikləri kəsdir. BaŞqaları ilə ünsiyyət yaratmayan və baŞqalarının da onunla ünsiyyət tuta bilmədiyi kəsdə heç bir xeyir yoxdur".

3) "Nə qədər ki, bu ümmətin Quran oxuyanları hakimlərlə əlbir olmayıblar, alimləri yaramaz və günahkarlara bəraət qazandıraraq onları təmizə çıxarıb günahsız kimi təqdim etməyiblər, yaxŞıları pislərinə kömək etməyiblər Allahın əli bu ümmətin üzərində olacaq və Onun himayəsi sayəsində yaŞayacaq. Amma bu iŞləri görəndən sonra Allah öz qüdrət əlini onların baŞı üzərində götürəcək və zülmkarlarını onlara hakim edəcəkdir".

4) "Ümmətim barəsində hər Şeydən çox narahatçılığa səbəb olan Şey üçdür: alimin büdrəməsi, münafiqin Quran vasitəsi ilə mübahisə etməsi və sizin boyunlarınızı vuran dünya. Buna görə də özünüz barəsində dünyadan qorxun".

5) "Əmanəti əhəmiyyətsiz sayaraq, bu səbəbdən onu zay edən kəs bizdən deyil".

6) "Səndən öz canı üçün pənah və sığınacaq istəyəni öldürmə".

7) "İnsanların içərisində ən az rahatlığı olanı xəsisdir".

8) "İnsanların ən xəsisi salam verməkdə xəsislik edən kəsdir".

9) "Bidət qoyanlar insanların və yaradılmıŞların ən pisidir".

10) "Əsl yaxŞılıq odur ki, gizlində də aŞkarda gördüyün iŞi görəsən".


Tarix: 03.12.2014 / 15:53 Müəllif: Aziza Baxılıb: 21 Bölmə: Maraqlı melumatlar
loading...