Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zikr edək

Zikr edək
Əksəriyyətimizin bütün gün ərzində, bəzilərimizin isə yalnız namaz sonunda əlimizdə çevirdiyimiz iplərə düzülü muncuqlara, təsbeh deyilir. Əslində təsbehin adı “Subha”dır. Yəni “zikr edilən muncuqlar” deməkdir. Həzrəti Peyğəmbərin dövründə təsbeh olmayıb. Rəsulullah (s.ə.v.) də bu cür iplərə düzülən muncuq kimi vasitələrdən istifadə etməyib. Hətta həmin vaxtlar belə bir təsbeh də hazırlanmayıb. Biz bunu səhih kitablarda qeyd edilənlərdən də açıq şəkildə öyrənirik. Belə olduğu halda, təsbeh necə ortaya çıxıb?

Zikr edək

Allah Quran ayələrində bizə səhər və axşam Onu xatırlamağamızı əmr edir. Peyğəmbərimizin hədislərində isə namazdan əvvəl otuz üç dəfə “sübhənallah”, “əlhəmdu lilləh” və “Allahu əkbər” deməyimiz tövsiyə olunur. Deməli, burada möminlər üçün zikr etmək məsələsi vardır. Onlar otuz üç dəfə Rəbblərini Allah Rəsulunun bildirdiyi kimi xatırlayacaqlar. Bəs bu say necə məlum olub, müəyyənləşəcəkdi? Biz bunun cavabını hədis kitablarında tapırıq.
Əksər hədis kitablarının qeydlərinə əsasən Rəsulullah (s.ə.v.) həmin zikrləri barmaq oynaqları ilə yerinə yetirirdi. Yəni təsbeh üçün sağ əlinin barmaqlarından istifadə edirdi. Belə ki, təsbehlərin sayılmasında mühacir bir qadına diqqət yetirən Peyğəmbərimiz belə buyurub: “Təsbehi barmaqlarının oynaqları ilə et. Çünki barmaqlar axirətdə nə etmələrindən sorğu-suala çəkiləcək, onlar da etdiklərini deyəcəklər”.

Zikr edək

Deməli Peyğəmbərimiz (s.ə.v.) də təsbeh çəkdiyi zaman barmaqlarından istifadə edib ki, bunu da məsləhət bilib. Lakin etibarlı mənbələrdən aydın olur ki, bir çox səhabələr zeytun toxumu, kiçik daşları ciblərinə, kisələrinə dolduraraq təsbeh kimi istifadə edib, Rəsulullah isə onları bundan çəkindirməyib. Belə ki, ən çox hədis rəvayət edən səhabənin bir ipə düyün vuraraq təsbeh kimi işlətdiyi, həmçinin Rəsulullahın (s.ə.v.) da Hz.Safiyyə anamızın zənbilə xırda daşlar qoyaraq təsbeh kimi istifadə etməsinə mane olmadığı bildirilir. Deməli, müsəlmanlar ilk olaraq təsbeh kimi barmaqlarından, xırda daşlardan və ya ipə vurulan düyünlərdən istifadə ediblər. Bu vəziyyət hicri tarixi ilə II əsrə qədər gedib çıxıb. II əsrin əvvəllərində isə dövrümüzdəki təsbehlərin inkişaf edərək istifadə edildiyinin şahidi oluruq.

Zikr edək

Belə ki, hicri III əsrin məşhur alimi Cüneyd Bağdadiyə təsbehdən istifadə etməsinin səbəbi haqqında “Bu qədər fəzilət və üstünlüklərə baxmayaraq, sən yenə də təsbehdən istifadə edirsən, bəs bunun səbəbi nədir?”, - sualı verdikləri zaman o belə cavab verib: “Bu təsbeh məni yalnız Rəbbimə doğru aparan zikrimin səbəblərindən biridir”. Həmçinin dövrün yüksək alimlərindən olan Əbu Müslim Havlaninin də təsbehdən istifadə etdiyi, digər alimlərin də buna bir söz demədikləri bildirilir. V əsrdən etibarən müsəlmanlar arasında yayılmağa başlayan təsbeh adətində iki nəticəni qeyd etməliyik:

Zikr edək

Rəsulullah (s.ə.v.) zikr və xatırlamalarını barmaqları ilə sayıb, bunu da tövsiyə edib. Lakin bununla bağlı başqalarına da bir söz deməyib, onlara mane olmayıb.
Hz.Peyğəmbər barmaqların etdiklərindən sorğu-suala çəkiləcəklərini bildirib. Beləliklə, zikr edən barmaqlar məqsədlərinə uyğun hərəkət etdirilir. Əldə olan təsbeh öz-özünə hərəkət edə bilməyəcəyinə görə, deməli bunu da barmaqlar yerinə yetirməlidir. Təsbeh çəkən barmaqlar da öz vəzifəsini yerinə yetirir.
Nəticə olaraq deyə bilərik ki, bu gün istifadə edilən təsbehi Allah Rəsulu qadağan etməyib. İstəyən namaz qılan şəxs barmağı ilə sayaraq ibadətini yerinə yetirər, istəyən də təsbehlə Allahı zikr edər.


Tarix: 03.12.2014 / 15:44 Müəllif: Aziza Baxılıb: 140 Bölmə: Maraqlı melumatlar
loading...