Qadın-qardaşdır,yoldaşdır,bibidir,xaladır,bacıdır,həyat yoldaşıdır amma ən əhəmiyyətlisi "ana"-dır.
Ana da-eyni anda iki parçaya bölünən,özündən əvvəl ailəsini düşünən, qarşılıqsız fədakarlıq edən,ayaqlarının altında "Cənnət" olan, sonsuz güvən duyulan və nə olursa olsun bağışlayan canlının adıdır.
Qadın- mədəniyyətdir.Ən vəhşi adamı belə sakitləşdirər.
Qadın-səbirdir.Bezmədən,yorulmadan səbr edər.
Qadın-fədakarlıqdır.Qarşılıq gözləmədən bütün yaxşılıqları edər.
Qadın-döyüşçüdür.İnandıqları uğruna da vətəni uğruna da sonuna qədər döyüşər!
Qadın-müqəddəsdir...
Dünya üzərindəki hansı canlı, bədbəxt olduğu bir evdə uşaqları üçün yaşamağa davam edər?! Hansı canlı dinclik olsun deyə həmişə hər seyə dözər?
Qadın-girdiyi yerə işıq aparandır. Evi yuva edəndir. Hər müvəffəqiyyətli kişinin arxasında olandır.
Yaxşı ki, biz qadınlar varıq
Tarix: 03.12.2014 / 15:37 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: Maraqlı melumatlar