1. Ağıl dişinizi çıxarmamısınızsa, appendisitinizi kəsdirməmisinizsə, Antarktidada işləyə bilməzsiniz.
Bu, Antarktidada yerləşən stansiyalarda əməliyyatların keçirilməməsi ilə izah edilir. Məhz bu səbəbdən oraya getmək istəyirsinizsə, sağlam olsa belə ağıl dişinizi çıxarmalı, appendisitinizi kəsdirməlisiniz.
2. Antarktida planetin ən quru yeridir.
Yerdə ən quru yer Antarktidada yerləşir. Bu qitə "Quru Dərələr" adlanır.
3. Antarktidanın, bir çox digər dövlətlərdə olduğu kimi, (Avstraliya - .au, Almaniya - .de) özünə məxsus ali səviyyəli domeni var: .aq
4. 53 milyon il əvvəl Antarktida o qədər isti yer olub ki, onun sahili boyunca palmalar bitib.
Burada temperatur 20 dərəcədən yuxarı qalxıb.
5. "Metallika" musiqi qrupu Antarktidada "Freeze ‘Em All" mahnısını ifa edib.
Bununla da, "Metallik" planetin bütün qitələrində konsert verən ilk qrup olub, belə ki, qrup bir il ərzində yeddi qitədə olub.
6. Qitədə atom-elektrik stansiyası (AES) fəaliyyət göstərir.
Burada ABŞ-a məxsus "Mak-Merdo" AES 1962-ci ildən fəaliyyət göstərir.
7. Qitədə yanğınsöndürmə komandası da var.
Komanda "Mak-Merdo" AES-in yanında yerləşir. Komanda peşəkar yanğınsöndürənlərdən ibarətdir.
8. Havanın rekord dərəcədə aşağı temperaturuna baxmayaraq, Antarktidada 1150 növ göbələk bitir.
Bu göbələklər ekstremal aşağı temperatura, davamlı şaxta və təkrarlanan mülayim havaya çox gözəl uyğunlaşıb.
9. Antarktidada Yerin bütün saat qurşaqları mövcuddur.
Saat qurşaqlarının müəyyənləşdirilməsi üçün istifadə edilən bütün uzunluq dairəsi xətləri iki qütbdə görüşür.
10. Antarktidada ağ ayılar olmur.
Onlar Arktika və ya Kanadada yaşayır.
11. Burada bar da var.
Planetin ən cənub hissəsində yerləşən bu bar Vernadskiy adına elmi-araşdırma stansiyasındadır.
12. Bütün müşahidə tarixi boyu Yerdə ən soyuq hava temperaturu 89.2 Selsi dərəcə olub.
Bu temperatur 1983-cü il iyulun 21-də qitədəki "Vostok" stansiyasında qeydə alınıb.
13. Antarktida planetin böyüklüyünə görə beşinci qitəsidir.
Onun sahəsi 14 milyon kvadratkilometr təşkil edir.
14. Antarktidanın sahəsinin 99%-i buz altındadır.
Qitəni örtən buzlaq "Buz qalxan" adlanır.
15. Antarktida buzunun orta qalınlığı bir mil (1.6 kilometr) təşkil edir.
Dünyanın bütün içməli su ehtiyatının 70%-i bu qitədə cəmləşib.
16. Transantarktika dağları Antarktidanı şərq və qərb hissələrinə bölür.
Bu dağların uzunluğu təxminən 3500 kilometrdir ki, bu da onları dünyanın ən uzun dağ zəncirlərindən biri edir.
17. İnsanlar 1820-ci ildə aşkarlanana qədər Antarktidanın mövcudluğu barədə məlumata sahib olmayıblar.
Əvvəllər insanlar buranın qitə yox, adalar qrupu olduğunu düşünüblər.
18. Norveçli tədqiqatçı Roald Amundsen Cənub qütbünə çatan ilk insandır.
O, cənub qütbünə 1911-ci il dekabrın 14-də çatıb və dövlətinin bayrağını buraya sancıb.
19. 1959-cu ildə 12 ölkə Antarktika anlaşmasını imzalayıb.
Həmin anlaşmaya əsasən, qitədə yalnız sülh məqsədləri ilə elmi-tədqiqat işləri aparıla bilər.
Bu gün bu anlaşma 48 ölkə tərəfindən imzalanıb.
20. Emilio Marko Palma Antarktidada dünyaya gələn ilk uşaq olub.
O, 1979-cu ilin yanvarında dünyaya gəlib. Bu, Antarktidanın bir hissəsinə iddia edən Argentinanın əvvəlcədən planlaşdırılmış aksiyası idi.
Tarix: 19.06.2015 / 17:03 Müəllif: Aziza Baxılıb: 149 Bölmə: Maraqlı Melumatlar