Qaranlıq qala (ing. The Dark Tower, rus. Темная Башня) - Atıcı Roland Diskeynin uzun səyahətindən bəhs edən, amerikan yazıçısı Stiven Kinqin 8 kitabdan ibarət romanlar seriyası. Seriya özündə fantastika, fentezi, dəhşət və western kimi janrları birləşdirir.
Seriya haqqında
Seriya 8 kitabdan ibarət olmaqla təxminən 4300 səhifəni əhatə edir. Müəllif qeyd edir ki, onu ilhamlandıran ilkin mənbə kimi Robert Brouninqin "Balaca Rolanda Qaranlıq qalaya gəldi" poeması və J.R.R. Tolkienin əsərləri, xüsusilə "Üzüklərin hökmdarı", "Silmarillion", "Xobbit, ora-bura" kimi şah əsərləri çıxış edir. 2003-cü ildə yenidən nəşr olunmuş "Atıcı" kitabının yeni ön sözündə, müəllif, eyni zamanda, "Yaxşı, pis, qəddar" filmini və Tomas Eliotun "Barsız torpaqlar" əsərini də xatırlayır. Müəllif seriyanın mərkəzi personajı Rolandı aktyor Klint İstvudun prototipi olaraq nəzərdə tutduğunu qeyd edir. Roland qədim atıcı zadəganlar ordeninin sonuncu nümayəndəsidir. O, bizim dünyadan fərqlənən, eyni zamanda müəyyən dərəcədə oxşarlıqları olan bir dünyada yaşayır. Hansı ki, "yerindən qaçıb".
Bununla yanaşı, Roland öz dünyasından, məsələn, qara geyimli adamın ona dediyi kimi, qapılar vasitəsilə bizim dünyaya gələ və yenidən həmən qapı vasitəsilə öz dünyasına qayıda bilər. Lakin hər dəfə qapıdan içəri daxil olarkən, Roland müxtəlif vaxt və məkana düşür. Məhz həmən bu qapılar vasitəsilə, "Üçlüyün çıxarılması" kitabında göstərildiyi kimi, Roland özünün sadiq dostlarını bizim dünyamızdan öz dünyasına aparır.
Müəllif bu tsikli özünün ən yaxşı əsəri hesab edir. Mövcud 8 kitabla yanaşı, müəllif Qaranlıq Qala personajlarını özünün digər əsərlərində də xatırlayır.
Seriyaya daxil olan kitablar
Atıcı
Üçlüyün çıxarılması
Barsız torpaqlar
Sehrbaz və kuzə
Kalyanın yalquzaqları
Suzannanın nəğməsi
Qaranlıq qala
Qıfıl dəliyindən əsən külək
Tarix: 16.03.2013 / 13:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 418 Bölmə: Kitablar elm