Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişiləri çirkinləşdirən problemlər....

Kəpək
Hər beş kişidən birində rast gəlinən bu problemlə mübarizə üsulu əslində çox asandır. Bunun üçün ən birinci şərt yaş saçlarla yatmamaqdır. Çünki saç uzun müddət yaş qaldığı zaman maya formasında olan göbələklər sürətli şəkildə inkişaf etməyə başlayır. Bu göbələklər isə kəpək formasında saçda görünməyə başlayır.

Göz altındakı torbalar
Bu kimi problemdən uzaq olmaq üçün alkoqollu içkilərdən maksimum dərəcədə uzaq durun. Çünki tərkipində spirt olan içkilər birbaşa olaraq qanınıza və dərinizə təsir edir. Ən həssas dəri isə gözaltı hissədə yerləşdiyi üçün orqanizminizdə olan hər hansısa xəstəlik, narahatlıq ilk olaraq gözaltı hissədə özün biruzə verir. Axşam içikili yatıb səhər gözünüzün aşağısında yaranan o izlərin səbəbi axşam xatırlamadığınız hansısa bir davanın deyil, içkinin əsəridir.

Sarı dişlər
Amerikalı diş həkimi Arthur Glosmanın fikrincə, sarı dişlərin əsas səbəbi çiy yeyilən meyvə və tərəvəzlərdir. Çünki onlar diş ətini həssaslaşdırır, tüpürcək istehsalını artırır, dişdəki şəkəri azaldır.

Saç tökülməsi
Amerikalı dermatoloq Dr. Debra Jaliman saç tökülməsinə qarşı hər gün kişilərə 2.5 mq B7 vitamini qəbul etməyi tövsiyyə edir. Dermotoloqun sözlərinə görə bu vitamin saç köklərini daha da möhkəmləndirir və daha sağlam, gur saçlara sahib olmağınıza şərait yaradır.

Beldəki sızanaqlar
Dermotoloq Jalimanın fikrincə, kişilərdə əsasən kürək nahiyəsində yaranan sızanaqların əsas səbəbi geyindiyimiz sintetik materiallı geyimlərdir. Buna görə də mütəxəssislər idman salonuna gedərkən dərinizin nəfəs ala biləcəyi pambıq geyimlərə üstünlük verməyinizi tövsiyə edirlər. Sağlamlığınız üçün və bu cür problemlərlə rastlaşmamaq üçün daha yaxşı olar ki, idman etdikdən sonra tərli koftanızı çıxarıb duş qəbul edəsiniz.


Tarix: 28.11.2014 / 14:04 Müəllif: Aziza Baxılıb: 174 Bölmə: Kişiler haqqında
loading...