Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əzələli olmağın daha bir faydası

Elm adamları, əzələli gənc kişilərin uzun yaşamaq ehtimalının digər yaşıdlarına nisbətən daha çox olduğunu müəyyən etmişlər.

İsveçli elm adamları, 1 milyondan çox gənc kişinin iştirakı ilə 24 il aparılan araşdırmalarda, əzələ gücü aşağı olan, zəif ayaq və qol əzələlərinə sahib kişilərin köklük xəstəliklərinə tutulmasını, yüksək təzyiqli olduğunu və bu səbəbdən erkən ölüm risklərinin daha çox baş verdiyini müəyyən ediblər.

«British Medical Journal (BMJ)» jurnalında nümayiş olunan araşdırmaçılar bədəni inkişaf etdirmənin, idmanla məşğul olmanın insan ömrünü uzatdığını ifadə ediblər. Həmçinin əzələ gücü ortalamanın üzərində olan gənc kişilərdə hər hansı bir səbəbdən ürək və damar xəstəliklərinin olması və erkən ölüm ehtimallarının 20-35 % nisbətində baş verdiyi qeyd edilmişdir.


Tarix: 28.11.2014 / 14:03 Müəllif: Aziza Baxılıb: 145 Bölmə: Kişiler haqqında
loading...