Birinci mərhələ: İlk anlar
Sakitlik
Hadisələri soyuq başla dəyərləndirin. Panika yaratsanız, partnyorunuz sizdən daha da uzaqlaşacaq. Ayrılıq fikrinə hörmətlə yanaşın, bacardığınız qədər xoş sözlər deyib onu geri qaytarmağa çalışın. Bir də ən mühüm şey – özünüzü yazıq kimi göstərməməkdir. Sevgilinizin sizə yazığı da gəlsə, bir aydan sonra yenə ayrılmaqdan dəm vuracaq.
Ayrılıq öpüşü
Ola bilər, artıq ayrılmısınız, amma bu, o demək deyil ki, onunla axırıncı dəfə sevişməməlisiniz. Aranızda hələ də cinsi asılılıq varsa, sevişin. Sevgilinizi bunun sonuncu dəfə olduğuna əmin edin. İndiyədək cürət etmədiyiniz hərəkətləri də edə bilərsiniz. Onsuz da itirməli heç nə qalmayıb. Bu hissin rahatlığı ilə sevişin.
İkinci mərhələ: İntriqalar
Sosial qısqandırma
O qədər də xoşbəxt olmaya bilərsiniz, amma ən azından bunu gizlətmək imkanınız var. Depressiyadan çıxmaq üçün ziyafətlərə, şənliklərə qatılın və çalışın ki, sevgiliniz bundan xəbər tutsun. Sosial şəbəkələrin çox olduğu dövrdə bu, elə də çətin iş deyil. Bir də çalışın çox ağını çıxarmayasınız. Axı qadınların intiqamı çox ağır olur. Həm də həddən artıq xoşbəxt görünməyə çalışsanız, başqaları da bunun sevgiliniz üçün hesablandığını başa düşər və boş yerə reputasiyanız korlanar.
Həqiqi xoşbəxtlik
Bu mərhələdə özünü xoşbəxt göstərməkdənsə, həqiqətən xoşbəxt olmağa can atın. Eqonuzun diktə etdiyi xoşbəxtlik uzun sürmür. Həm özünüzə, həm də sevgilinizə qarşı dürüst olmaq ən yaxşı yoldur.
Üçüncü mərhələ: Davam
Yeni məşğuliyyət tapın
Şərt deyil ki, gedib rəqs kurslarına, idmana yazılasınız. Evdə oturmaqdan əl çəkib, küçəyə çıxın, gəzin. Evdəki əşyaların yerini dəyişin, çimin, kitab oxuyun, filmlərə baxın.
Dost dar gündə tanınar
Tez-tez dostlarınızla görüşün. Axı onlar elə bu günlər üçündür. Amma nə badə onlarla ayrılıqdan danışasınız. Yox əgər danışmaq istəyirsinizsə, qız dostlarınızdan birinə üz tutun. O, sizə istədiyiniz diqqəti göstərəcək.
Son qərarınızdır?
Sevgilinizi həyatınızdan tamamilə çıxarmaq fikrindəsinizsə, onu Facebook kimi sosial şəbəkələrdən silə bilərsiniz. Vəziyyəti faciəyə çevirməyə də bilərsiniz, onsuz da siz onu hardansa siləndə o, yer üzündən silinib yox olmur. Sadəcə silməklə onu gözünüzdən uzaqlaşdırırsınız. Sevgilinizin bunu acığa etdiyinizi düşünməyindən qorxmayın, necə istəyir elə də düşünsün. Onsuz da artıq həyatınızda yoxdur.
Dördüncü mərhələ: Qayıdış
Tənbəlliyin daşını atın
Uzun müddətdir etmək istədiyiniz, amma tənbəllikdən həyata keçirə bilmədiyiniz layihələrin, işlərin təməlini qoyun. Çünki vaxt keçdikcə depressiya da tənbəllik kimi xroniki hal almağa başlayır.
Yeni dünya
Sevgilinizdən ayrılandan sonra kədərli olmağınızın səbəbi sadəcə onu yox, eyni zamanda onun sahib olduğu dünyanı da itirməyinizdir. Ona görə də, özünüzə yeni dünya qurmalısınız. Xoşbəxtliyi başqa yerlərdə axtarmayın.
Tarix: 28.11.2014 / 13:54 Müəllif: Aziza Baxılıb: 71 Bölmə: Kişiler haqqında