Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həftənin günləri və biz kişilər

Bazar ertəsi - Həddindən artıq duyğulu, zəngin təxəyyülə malik, başqaları, xüsusən də əks cinsin nümayəndəriylə münasibətlər axtarışındadır. O, sevgi, anlayış, nəvaziş həsrətindədir. Tənhalıq onun həyat kredosu deyil. Zahirən təmkinlidir, lakin ruhunun dərinliklərində bir həyəcan gizlənir: sahib olduğu sevgini paylaşmaq üçün arzuladığı insanı tapa biləcək mi.
days of weekÇərşənbə axşamı - Öz fikirlərini daha münasib zamanlarda bildirmək kimi bir istedada sahibdir. Onun sözləri hər zaman ağır səslənir. O, yalnız özünə məlum olan metodlarla sizi özünə cəzb etməyə çalışır. Onu fərqləndirən cəhətlər xüsusi yumor hissinə, təbəssümə və həyati çətinliklərdən uzaqlaşmaq bacarığına malik olmasıdır. O, aktivdir və əyləncəsini digərlərinin də iştirakıyla qurmağı çox sevir. Lakin bir çox hallarda ilk baxışdan bir az dalğın görünür.

Çərşənbə - Sevgidə vicdanlı və safdır. Şərəflidir. Onun əxlaqlı çöhrəsinin altında hədsiz zəriflik gizlənir. Lakin o, heç də hər zaman onu biruzə verməyə bilər. Ona etibar etmək olar: sevirsə, bütün qəlbiylə sevir. Sadiq və diqqətlidir. O, hisslərin alovlanmasına inanmır və sakit arxayınçılığı çoçğun ehtiraslardan üstün tutur.

Cümə axşamı - Doğuşdan yoldan çıxarandır. O, azadlığını və sərbəstliyini saxlayaraq həyatı hər yönüylə anlamağa çalışır. Onu ailə həyatının monotonluğu qorxudur. Bununla belə o, tək qala bilmir... Həddindən artıq emosionallıq və süni jestlərin arxasında böyük incəlik gizlədir. O, ali hissə malikdir. Bu gah üsyankar, gah da hər bir şəraitə uyğunlaşan bir insandır.

Cümə -Artist. Onun cazibəsi qarşısında tab gətirmək mümkün deyil. O, sizi sevdiyini dedikdə, elə bucür də düşünür. Onun xarakterinin təməlində zəriflik və yumşaqlıq yatır. Ruhi tarazlıq ona hava-su kimi lazımdır. O, sevildiyini, başqaları tərəfindən anlaşıldığını, insanların onun qeydinə qaldığını bilməlidir. İzdivac, ailə, yuva - bu sözlər hər zaman onun dilindədir. Və o, sizin ağuşunuzda olarsa, elə orda da qala bilər hər zaman.

Şənbə - Hər şeydən öncə müstəqildir. O, tək yaşamağı xoşlayan parlaq individualistdir. O, sirli və anlaşılmazdır. O, öz hisslərini göstərmək və isti etiraflar etməyi xoşlamır. Əks cinsin nümayəndələrinə qarşı o, əsasən inamsızlıq hiss edir. O, hisslərini gizlədən emosional insandır.

Bazar - Ambisiya və özünəinam ilə doludur. Öz qadınını o, bir növ havadar kimi hiss edir. Bununla belə minnətdarlığa sevgidən daha çox ehtiyac duyur. Öz təşəbbüskarlığı və hökmranlığıyla sizə yaxşı təsir bağışlaya bilər. O, danışmağı, özünün dinlənilməsini sevir və hər zaman komplimentlərə qarşı həssasdır.


Tarix: 28.11.2014 / 12:57 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Kişiler haqqında
loading...