Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hansı qadın alt paltarları kişilərin xoşuna gəlir?

Kişilər alt paltarlarını hədiyyəlik qablaşdırma kimi qəbul edirlər, bu zaman onun rəngi və fasonu şübhəsiz ki, əhəmiyyətli mənaya malik olur. Kişi küçədə cəzbedici qız gördükdə onda dərhal onun əynindəki geyiminin altında hansı alt geyiminin və onun hansı rəng və fasonda olmasının fantaziyası yaranır.

Kişilər qadının temperamentini alt paltarına görə müəyyən edə bilərlər. Hal-hazırda qadının geyindiyi alt paltarı onun indiki əhval-ruhiyyəsindən danışa bilər. Buna görə qızların hansı alt paltarlarından xoşları gəlməsi kişilər üçün xüsusilə maraqlıdır.

Kişilərin hansı rəngdə alt paltarları xoşuna gəlir?
Kişilərin əksəriyyəti qırmızı rəngdə olan alt geyimlərinə üstünlük verir. Qırmızı rəngli alt paltarı–ehtirasın nişanıdır və bu rəngdə alt geyimlərinə üstünlük verən xanımlar ehtiraslı, alovlu olurlar. Kişilər bu rəngi atəşin, odun və enerjinin rəngi kimi qəbul edirlər.

Qara rəngli alt paltarı romantika, erotizm və seksuallıq ilə assosiasiya edilir. Kişilər düşünürlər ki, qara rəngli alt geyimlərinə üstünlük verən xanımlar böyük seksual qabiliyyətlərə malikdirlər.

Bəzi kişilər ağ rəngli alt geyimlərinə üstünlük verirlər. Bu rəngli geyimlərə kişilər xüsusi titrək və zərif hisslər ilə yanaşsalarda, onu seksual hesab etmirlər. Ağ rəngli alt geyimi – təmizlik, günahsızlıq və bakirəlik simvoludur. Bu zaman geyim qar kimi ağ rəngdə olmalıdır, qüsursuz təmiz və başqa tonlara malik olmamalıdır. Qaralmış dəridə isə ağ rəng fantastik və təmtəraqlı görünür.
Mavi, çəhrayı rəngli alt geyimləri kişiləri qətiyyən maraqlandırmır (təbii ki, bu rəngin həvəskarları istisna olmaqla). Bir qayda olaraq, kişilər hesab edirlər ki, belə rəngdə alt geyiminə üstünlük verən xanımlar utancaq və ünsiyyətsizdirlər.

Hansı parçadan hazırlanmış alt paltarları daha yaxşıdır?
Kişilər daha çox atlas, ipək, şifondan hazırlanmış alt paltarlarına üstünlük verirlər ki, bu materiallar geyimin rəngini vurğulamaq qabiliyyətinə malikdirlər. Pambıqdan hazırlanmış alt paltarı isə kişilərin fikrincə darıxdırıcı və ev geyimidir. Alt paltarlarının tikildiyi parça kişilərin əlinə xoş olan materiallardan olmalıdır.

Şortlar və ya strinq?
Bir çox kişilər krujevalı şortlara xüsusi ehtiras hissi ilə yanaşır, digərləri isə strinqilərə üstünlük verirlər. Qadınlar üçün alt geyim modelləri barəsində fikirlərdə kişilər fikir ayrılıqlarına malikdir. Bəzi kişilər idman stilində tikişsiz geyimlərə, başqaları isə krujevalı şortlara və xələtlərə üstünlük verirlər. Kişilər hesab edirlər ki, qadın geyimlərində olan müxtəlif bantlar, corablar çox seksual görünür.
Kişilər müxtəlifliyi sevir. Buna görə alt geyimlərinin rəngi, parçası və fasonu ilə müxtəlif təcrübələr aparmaq lazımdır. Əgər qadın alt paltarının modellərini tez-tez dəyişərsə, bu zaman o kişi üçün maraqlı qalacaq. Qadının özü də bu dəyişiklər vaxtı müxtəlif obrazlar alacaq, davranışı və əhval-ruhiyyəsi də dəyişəcək.

Unutmayın ki, seksual və gözəl, lakin sizə diskomfort yaradan geyim sizin üçün bəzək əşyası olmayacaq. Alt paltarı seçərkən onun rahat olmasına və təbii görünməsinə diqqət etmək lazımdır.


Tarix: 25.11.2014 / 14:03 Müəllif: Aziza Baxılıb: 94 Bölmə: Kişiler haqqında
loading...