Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əşyaların interneti dövrü başlanır
Əşyaların interneti dövrü başlanır

Son 16 ildə internetə qoşulmuş qurğular ayrıca sürətlə inkişaf edən seqmentə çevrilib və yaxın 10 ildə bu bazarın ümumi orta illik artım sürəti 30 faizə çatacaq.

"Əşyaların interneti" ("IoT") konsepsiyasının əsasını yalnız "M2M" (maşınlararası əlaqə) qoşulmaların miqyasının artımı deyil, həm də bu qoşulmaların yaratdığı imkanlar təşkil edir. Məlumat üçün bildirək ki, "IoT" termini 1999-cu ildə Kevin Eşton tərəfindən təklif edilib.

Beyaz.Az ICTnews-a istinadən bildirir ki, "M2M" konsepsiyası təxminən on ildir ki, mövcuddur. Ancaq indi internetə qoşulmuş əşyalar cəmiyyətə və biznesə fayda gətirən və insanların gündəlik həyatını yaxşılaşdıran "ağıllı" həllərin ayrılmaz hissəsinə çevrilir.

Sahə üzrə məlumatlara əsasən, hazırda mobil "M2M" qoşulmalar "M2M" qoşulmaların ümumi sayının 10 faizdən az hissəsini təşkil edir.

2016-cı ilədək aktiv "M2M" qurğuların əksəriyyəti "3G/4G" şəbəkələrinə qoşulacaq. 2019-cu ildə "LTE" şəbəkələrində "M2M" qurğuların nüfuzetmə səviyyəsi 20 faizədək yüksələcək. Bazara tədarük edilən "M2M" qurğuların 40 faizi "LTE" şəbəkəsini dəstəkləyəcək.


Tarix: 04.05.2015 / 12:11 Müəllif: Aziza Baxılıb: 237 Bölmə: Internet Yenilikleri
loading...