Çinin “Alibaba” internet mağazasının kapitallaşma dəyəri ABŞ-ın “S&P 500” indeksinə daxil olan “Facebook Inc.”, “Chevron Corp.”, “JP Morgan Chase & Co.”, “Wal-Mart Stores Inc.”, “Procter & Gamble Co.” və “General Electric Co.” kimi nəhəng şirkətlərinin dəyərini ötüb.
Cari ilin sentyabrında ilk dəfə səhmlər satışa çıxarıldıqdan sonra "Alibaba” 169 milyard dollar dəyərində qiymətləndirilib və dərhal reytinqdə həmin dövrdə kapitallaşması 104 milyard dollar təşkil edən “Facebook” şirkətini geridə qoyub. “IPO” (səhmlərin ilkin yerləşdirilməsi) hərracında iştirak Çin şirkətinə “Amazon.com Inc.”, “Walt Disney Co.” Və “Citigroup Inc.” şirkətlərini ötməyə imkan verib.
“IPO”-dan iki ay sonra internet mağazasının səhmləri 70 faiz bahalaşıb. “Alibaba” “Oracle Corp.”, “International Business Machines Corp.”, “Verizon Communications Inc.” və “Pfizer Inc.” şirkətlərindən bahalı olub.
Hazırda “Alibaba”-nın bazar kapitallaşması 285 milyard dollar təşkil edir.
Tarix: 25.11.2014 / 13:26 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Internet Yenilikleri