Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Internet YenilikleriSaxta POS-terminallar hazırlayanlar həbs olundular

Saxta POS-terminallar hazırlayanlar həbs olundular

Fransa polisi Avropol yanında Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin (EC3 – European Cybercrime Centre) dəstəyi ilə istifadəçi kartlarından və PİN-kodlardan informasiyanı ələ keçirmək üçün saxta POS-terminallardan istifadə edən cinayətkar qrupun səkkiz üzvünü həbs edib.

Beyaz.Az ICTnews-a istinadən bildirir ki, törədilmiş cinayət nəticəsində istifadəçilərin hesabından 3 milyon avro oğurlanıb.

Saxta POS-terminallar fırıldaqçılar tərəfindən modifikasiya prosesindən keçirildikdən sonra heç nədən şübhələnməyən müştərilərin bank kartlarından məlumatların oğurlanması üçün istifadə olunub. Ödəniş əməliyyatlarını həyata keçirmək üçün qurbanlar kartlarından istifadə ediblər, lakin bu halda saxta qurğular həmişə offline olub və heç vaxt bank ödəniş sisteminə qoşulmuş vəziyyətdə olmayıb. Bunun əvəzinə POS-terminallar müştəriyə məxsus kartın informasiyasının surətini çıxararaq saxta Ardı »

Internet YenilikleriDünyanın ən yaxşı iş yeri

Dünyanın ən yaxşı iş yeri

ABŞ-ın 50 ən yaxşı işəgötürən şirkətinin reytinqində Facebook Google-u geridə qoyaraq birinci pilləni tutub.

Əlbəttə ki, dünyanın bir çox mühəndisləri həm Facebook, həm də Google şirkətində işləməyi arzulayır, amma Business Insider nəşrinə görə Facebook liderdir. Nəşr bunu aşağıdakı səkkiz səbəblə izah edir:

Facebook-çular daha xoşbəxtdirlər

Beyaz.Az İCTnews-a istinadən xəbər verir ki, PayScaleın məlumatına görə, hər iki şirkətin əməkdaşları öz iş yerindən olduqca razıdırlar, amma Facebook-da işdən məmnunluq göstəricisi Google (84 faiz) ilə müqayisədə 93 faiz səviyyəsindədir.

Hər səhər ofisə gəldikdə özümü planetin ən xoşbəxt insanı hiss edirəm, çünki mən burada işləyirəm – Facebook-un analitiki belə deyib.

Onlar azaddır

İş yerindən Ardı »

Internet YenilikleriGoogle 50 il içində bitərmi?

Karadeniz Texniki Universiteti (KTÜ) Elektrik Elektronik Mühəndisliyi 2. sinif şagirdi Buğra Ayan, ''Google uzaq gələcəkdə özünü necə yox edəcək?'' mövzulu proyektiylə Microsoftda şagirdlik etməyə haqq qazandı.

Daha əvvəl Hacettepe Universiteti Elektrik Elektronik Mühəndisliyi şagirdi yoldaşı Səid Saraçoğlu ilə birlikdə TC Şəxsiyyət Nömrəsi sayəsində insanların qohumlarını tapmasına yarayan bir proqram edən və internet üzərindən aldadılmağı önləmək məqsədiylə ''İnternet Sirrləri'' adlı bir kitab yazan 19 yaşındakı Buğra Ayan, indi də Googlenin 50 il içərisində yox olacağını iddia etdi. Bu iddiasını bir proyektə çevirərək Microsoftun Türk universitet şagirdlərinə şagirdlik imkanı təmin etmək üçün təşkil etdiyi proyekt yarışmasına göndərən Ayan, Microsoftun qapısını araladı.

Önümüzdəki aydan etibarən Microsoftun Ardı »

Internet YenilikleriAzərbaycanda Facebook-a maraq azalıb

Azərbaycanda Facebook-a maraq azalıb

Azərbaycanda aktiv Facebook istifadəçilərinin sayı azalıb.
Trend məlumat verir ki, "Global State" statistik mərkəzinin hesabatına əsasən, cari ilin yanvar-aprel ayları ərzində Azərbaycanda aktiv Facebook istifadəçilərinin sayı 8,6 faiz azalıb.
Facebook sosial şəbəkəsinin Azərbaycandakı bazar payı aprelin sonuna 80,1 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisini 16,8 faiz ötür.

2015-ci ilin ilk 4 ayı ərzində isə Twitter istifadəçilərinin sayı 33 faiz artıb. Bu şəbəkə ölkədə sosial medialar arasında ikinci yerdədir. Azərbaycanda aprelin sonuna Twitter-in payı 7,49 faiz olub ki, bu da ötən ilin analoji dövr göstəricisindən 16,5 faiz çoxdur.

Sosial şəbəkələr arasında istifadəçilərin sayına görə üçüncü yerdə 6,19 faizlə "V Ardı »

Internet Yenilikleri“Selfi əl” yaradıldı

“Selfi əl” yaradıldı

“Time” nəşri yazır ki, təhna istifadəçilər üçün yeni qurğu hazırlanıb. "Selfi əl"in müəllifi dizaynerlər Castin Krou və Eyrik Snidir. Onların prototipi yüngül şüşəlifli materialdan hazırlanıb.

Beyaz.Az ICTnews-a istinadən bildirir ki, istehsalçıların düşüncəsinə görə, "selfi əl" istifadəçinin təxəyyülündə dost illüziyası yaradacaq.

Qurğu yaxın dost, qohum və sevgilinin əlini təsvir edə bilər. Müəlliflər bildirib ki, avtoportretlərin çəkilişi zamanı heç kim tənha görünmək istəmir.

Yeni həll hələ ki mağazalarda satılmır. Ardı »

Internet Yenilikleri“Vikipediya”da Azərbaycan kontenti artır

Bu günə onların sayı 100 mini ötüb.

“Vikipediya” onlayn ensiklopediyasında Azərbaycan dilində olan məqalələrin sayı 100 mini ötüb və beləliklə, bu layihə “Vikipediya”nın 10 000+ bölməsindən 100 000+ bölməsinə keçib.

Oxu.Az “Azərbaycan” qəzetinə istinadən xəbər verir ki, Azərbaycan dilində “Vikipediya” 2004-cü ilin yanvarından “az.wikipedia.org” ünvanında fəaliyyətə başlayıb.

“Vikipediya”da Azərbaycan kontentin artırılması üçün ötən il Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) ilə birgə araşdırmalar aparıb.

Araşdırmanın nəticəsi olaraq, “VikiHərəkat” layihəsi həyata keçirilib və bu çərçivədə “Vikipediyaçının masaüstü kitabı” hazırlanıb. Hazırda Azərbaycana dair kontentin və “Vikipediya” kimi qlobal informasiya resurslarında ölkəmizlə əlaqədar məlumatların inkişaf etdirilməsi ilə bağlı işlər davam etdirilir. Ardı »

Internet Yenilikleriİki nəhəng əməkdaşlığa başlayır

İki nəhəng əməkdaşlığa başlayır

Ernst & Young konsaltinq şirkəti (EY) rəqəmsal texnologiyalar dövrünün imkanlarından yararlanaraq dünyadakı şirkətlərə yeni və innovativ xidmətlər təklif etmək məqsədilə Microsoft Korporasiyası ilə qarşılıqlı strateji biznes əməkdaşlığına başlayıb.

Beyaz.Az ICTnews-a istinadən bildirir ki, əməkdaşlıq çərçivəsində Microsoft tərəfindən EY-a təklif olunacaq xidmətlərə analitika, kibertəhlükəsizlik, şirkətin rəqəmsal strategiyası, rəqəmsal və inkişaf edən texnologiyaların istifadəsi, müştəri xidmətləri və proqram menecmenti təcrübəsinin Microsoftun bulud və məlumat platformalarından yararlanması daxildir.

EY və Microsoftun birgə fəaliyyətindən faydalanaraq şirkətlər yüksək rəqəmsal texnologiyalarla təchiz olunmuş müəssisənin fəaliyyətinin təşkilini sürətləndirə və illər ərzində proqram təminatına edilən yatırımları optimallaşdıra bilərlər.

Təklif olunan imkanlar daha analitik, avtomatlaşdırılmış, bulud texnologiyalarına əsaslanan iş Ardı »

Internet YenilikleriApple-ın ilk kompyteri satışa çıxarıldı

Apple şirkətinin ilk kompüterlərindən biri satışa çıxarılıb. Feat.az Rusiya mətbuatına istinadən bildirir ki, kompüter Nyu-Yorkdakı "Christie`s" hərrac evindədir.

Ekspertlərin qiymətləndirməsinə görə, lotin dəyəri 500 və ya 600 min dollardan başlayacaq. Qiymət milyon dollara qədər arta bilər. Bundan əvvəl Apple-1 kompüterinin satışı bunu deməyə əsas verur. Oktyabr ayında satışa çxarılan kompüter ilkin qiymətdən iki dəfə baha satılıb. Ardı »