Pirate Bay öz video paylaşma saytını inkişaf etdirir. Youtube-a böyük bir rəqib olması gözlənilən VideoBayda istifadəçilər videolarının təlif haqqları ilə əlaqədar hər hansı bir problem yaşamayacaq.
Pirate Bay üzərində işlərə başladığı video paylaşma saytı ilə əlaqədar ilk məlumatları təxminən 2 il əvvəl eşitdirmişdi. Lakin o gündən bu günə proyekt haqqında çox detal gün işığına çıxmamışdı.
Proyekt kod adı VideoBay olan iş bir neçə həftə əvvəl beta versiyası ilə istifadəçilərə istifadəyə verilmişdi. Lakin normalda sayt içərisində axtarış etmək istədiyinizdə, qeydli bir istifadəçi də olsanız axtarış əməliyyatı müvəffəqiyyət ilə nəticələnmir.
VideoBay cəbhəsindən bu problem ilə əlaqədar bir şərh gəldi. "Sayt hələ sınaq mərhələsindədi. Ona görə xüsusiyyətləri istifadəyə açmadıq. Əgər problemlərlə qarşılaşsanız bizlərə var olan açıq ilə əlaqədar məlumat göndərmənizə ehtiyac yoxdur."
Saytın tam olaraq nə vaxt istifadəyə təqdim ediləcəyi məchuldur. Alınan məlumatlara görə, saytın kaput altında edilməsi lazım olan çox şeyin olduğu bilinir.
Pirate Bay Spikeri Peter Sunda "Lazımlı əməliyyatları bitirdiyimizdə saytı istifadəyə açacağıq. Bu da təqribən bir ilə beş il arasında bir müddət ərzində reallaşacaq." şərhini verdi.
Video Bay son texnologiyaları əhatə edən bir proyekt olacaq kimi görünür. HTML 5, video və səs etiketləri, ogg/theora video və səs formatlarının inteqrə edilməsi kimi bir çox xüsusiyyətə sahib olacaq. Sayt video paylaşmasında əhəmiyyətli bir yerə sahib olacaq kimidir. Çünki BayIMG də şəkil əsaslı faylları saxlamaq üzrə qurulmuş bir sayt idi.
Videolarda hər hansı bir senzura tətbiq olunmayacaq bu yeni proyektin nəşr olunduqdan sonra çox tutulacağını düşünürük.
Tarix: 21.11.2012 / 12:28 Müəllif: [Ram] Baxılıb: 473 Bölmə: Internet Yenilikleri