Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“Selfi əl” yaradıldı
“Selfi əl” yaradıldı

“Time” nəşri yazır ki, təhna istifadəçilər üçün yeni qurğu hazırlanıb. "Selfi əl"in müəllifi dizaynerlər Castin Krou və Eyrik Snidir. Onların prototipi yüngül şüşəlifli materialdan hazırlanıb.

Beyaz.Az ICTnews-a istinadən bildirir ki, istehsalçıların düşüncəsinə görə, "selfi əl" istifadəçinin təxəyyülündə dost illüziyası yaradacaq.

Qurğu yaxın dost, qohum və sevgilinin əlini təsvir edə bilər. Müəlliflər bildirib ki, avtoportretlərin çəkilişi zamanı heç kim tənha görünmək istəmir.

Yeni həll hələ ki mağazalarda satılmır.


Tarix: 04.05.2015 / 12:02 Müəllif: Aziza Baxılıb: 143 Bölmə: Internet Yenilikleri
loading...