Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyanın ən yaxşı iş yeri
Dünyanın ən yaxşı iş yeri

ABŞ-ın 50 ən yaxşı işəgötürən şirkətinin reytinqində Facebook Google-u geridə qoyaraq birinci pilləni tutub.

Əlbəttə ki, dünyanın bir çox mühəndisləri həm Facebook, həm də Google şirkətində işləməyi arzulayır, amma Business Insider nəşrinə görə Facebook liderdir. Nəşr bunu aşağıdakı səkkiz səbəblə izah edir:

Facebook-çular daha xoşbəxtdirlər

Beyaz.Az İCTnews-a istinadən xəbər verir ki, PayScaleın məlumatına görə, hər iki şirkətin əməkdaşları öz iş yerindən olduqca razıdırlar, amma Facebook-da işdən məmnunluq göstəricisi Google (84 faiz) ilə müqayisədə 93 faiz səviyyəsindədir.

Hər səhər ofisə gəldikdə özümü planetin ən xoşbəxt insanı hiss edirəm, çünki mən burada işləyirəm – Facebook-un analitiki belə deyib.

Onlar azaddır

İş yerindən razılıq səviyyəsi bir çox amillərdən asılıdır, lakin bir amil xüsusilə seçilir: Facebook öz əməkdaşlarına həqiqətən etibar edir. Facebook-un keçmiş əməkdaşı Don Fol bu yaxınlarda The Wall Street Journal nəşrinə müsahibəsində deyib ki, Google şirkəti ilə müqayisədə Facebook-un əməkdaşları öz menecerlərini tənqid edə bilər.

Vəzifə əsas deyil. Yalnız işin keyfiyyəti, insanlar üzərində təsir rol oynayır – o deyib.

Daha çox qazanırlar

Miçiqan Universiteti və Britaniya Kolumbiya Universitetinin bu yaxınlarda keçirdikləri tədqiqatın məlumatlarına əsasən, daha yüksəkgəlirli insanlar daha az kədərlənir. Bu hal Facebook-un əməkdaşlarına yaxşı məlumdur.

Facebook-da təcrübəli əməkdaş ildə orta hesabla 135 min dollar qazanır. Google-da bu göstərici 133 min dollar təşkil edir.

Glassdoorun məlumatına əsasən, Facebook-da təcrübə keçənlər aylıq 7400 dollar, Google-da 7200 dollar məvacib əldə edir.

Az əsəbiləşirlər

Əgər siz sakit iş mühiti axtarırsınızsa, ümumiyyətlə, yüksək texnologiya şirkətlərindən uzaq olmaq lazımdır. Amma facebookçuların çoxu başqa texnologiya şirkətlərinin əməkdaşları ilə müqayisədə öz işi ilə bağlı daha az stress keçirir.
İşlərini daha əhəmiyyətli hesab edirlər

PayScale hər iki şirkətin əməkdaşlarına Sizin işiniz dünyanı yaxşılaşdırırmı? sualı ilə müraciət edib. Facebook-çuların 81 faizi bəli deyə cavab verib, Google-da əməkdaşların yalnız 67 faizi eyni cavabı səsləndirib.

İşə götürmə prosesi daha asandır

Google şirkətində yeni əməkdaşın işə götürülməsi orta hesabla altı həftə vaxt tələb edir və iş axtaranlar Facebook-la müqayisədə bu şirkətdə işə düzəlməyi daha mürəkkəb kimi qiymətləndirir. Keçmiş əməkdaşlar izah edirlər ki, internet nəhəngi yaxşıların yaxşısını seçir və buna görə çox vaxt onların səviyyəsinə uyğun olmayan işi təklif etməli olur.

Facebook şirkətində irəliləmək imkanı daha böyükdür

Google-un başqa keçmiş əməkdaşı Quora sosial bilik mübadilə xidmətində yazır ki, şirkətdə 53 min nəfər işləyir. Facebook-da bu göstərici 10 mindir. Google o qədər böyük şirkətdir ki, hər kəsin işini qiymətləndirmək çətindir.

Karyera nərdivanından söhbət getdikdə facebukçular Glassdoorda yazırlar ki, şirkətdə irəliləmək üçün onların şansı daha çoxdur. Sorğunun nəticələrinə görə, Facebook-un əməkdaşları irəliləmə imkanından çox razıdırlar, Googleun əməkdaşları isə yalnız razıdırlar.

Onlar bonus sistemindən razıdır

Həm Facebook, həm də Google şirkətlərinin bonus sistemi (pulsuz yemək, rahat ofis mühiti və sairə) hər kəsə bəllidir. Amma Facebook valideynlər üçün də bonus təqdim edir.

Facebook şirkəti uşaqları doğulan ailələr üçün dördaylıq ödənişli məzuniyyət verir, bundan başqa, həm qadın, həm də kişi məzuniyyət götürə bilər.


Tarix: 04.05.2015 / 11:50 Müəllif: Aziza Baxılıb: 364 Bölmə: Internet Yenilikleri
loading...