Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Smartfon satışı artıb
Smartfon satışı artıb

IDC tədqiqat şirkətinin analitikləri 2015-ci ilin birinci rübünün nəticəsinə görə dünya smartfon bazarındakı vəziyyəti qiymətləndirib.

Analitiklərin hesablamalarına əsasən, cari ilin yanvar-martında dünyada 336,5 milyon ağıllı mobil aparat satılıb. Bu göstərici 2014-cü ilin birinci rübündə qeydə alınan nəticədən 16,7 faiz yüksəkdir. Ancaq ötən ilin son rübü ilə müqayisədə tədarük həcmi 10,9 faiz azalıb.

Beyaz.Az ICTnews-a istinadən bildirir ki, 2015-ci ilin birinci rübünün nəticəsinə görə 82,4 milyon smartfon tədarük etmiş Cənubi Koreyanın Samsung şirkəti liderdir.

Bir il ərzində tədarükünü 43.7-dən 61.2 milyonadək artırmış ABŞ-ın Apple korporasiyası ikinci pilləni tutub.

IDC analitik şirkətinin məlumatına görə, mobil telefonları nəzərə almaqla 2015-ci ilin birinci rübündə ümumilikdə 458,9 milyon telefon satılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz azdır.


Tarix: 04.05.2015 / 11:54 Müəllif: Aziza Baxılıb: 90 Bölmə: Internet Yenilikleri
loading...