Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünya Futbol Kubokunun keşməkeşli "taleyi"

Kubok çox maraqlı səyahətlər etmişdir.Yəni ki, ölkədən — ölkəyə keçərək, özünəməxsus səyahətlər etmiş və bununla bərabər “başına” bəlalar gəlmişdir.

Belə ki, Dünya Futbol Kuboku II Dünya Müharibəsi illəri dövründə neçə-neçə illər İtaliya Futbol Federasiyasının prezidentinin çarpayısı altında gizlədilərək, saxlanmışdır.

1966-cı ildə İngiltərədə keçirilən Dünya Çempionatında “təqdim etmə” zamanı oğurlanmış və bir həftədən sonra bir təsadüf nəticəsində tapılmışdır. Bu hadisə belə olmuşdur: Piklz ləqəbli iti sahibi London bağlarının birində gəzdirərkən, bağın ucqar bir yerində itin qazonunu eşerək hürməsini görür və həmin yerə yaxınlaşıb baxarkən, iri bir qızıl kubok görür. İtin sahibi tez polisə xəbər verir. Beləliklə, bir həftədən sonra oğurlanmış Qızıl Kubok xoş bir təsadüf nəticəsində, Piklz ləqəbli itin sayəsində tapılmış olur.

1983-cü ildə isə həmin kubok (bu kubok 1970-ci ildə Braziliyaya həmişəlik verilmişdi) Braziliyadan oğurlanaraq, bir dəfəlik yoxa çıxaraq qeyb olur və indiyədək tapılmamışdır.

İndiki, hal-hazırda dövriyyədə olan Dünya Futbol Kubokunun dəyişdirilməsi ən azından 2038-ci ilədək nəzərdə tutulmur və heç bir ölkənin yığmasına da hələki, həmişəlik verilməyəcəkdir.

Dünya Futbol Kuboku (FİFA dünya kuboku) maraqlı və keşməkeşli bir “tale” yaşamışdır. 1930-cu ildən (ilk dünya çempionatı keçirilən ildən) 1970-ci ilədək futbol üzrə Dünya kuboku – “Jül Rime kuboku” adlandırılırdı. Bu kubok ilk dəfə 1930-cu ildə Uruqvayda keçirilən Dünya Çempionatının qalibi olmuş yerli Uruqvay yığmasına təqdim olunmuşdur.

1970-ci il Meksikada keçirilən Dünya Çempionatından sonra bu kubok Braziliya yığmasına 3-cü dəfə dünya çempionu olduğuna görə həmişəlik verildi və 1974-cü ildən kubok – FİFA dünya kuboku adlandırıldı. Bu yeni kubok isə həmişəlik olaraq heç bir ölkə yığmasına verilməyəcək. Kubok keçici olaraq, yığması çempion olan ölkəyə, sonra da yeni çempion olan ölkəyə gedərək, daima səyahət edəcəkdir.


Tarix: 04.12.2014 / 17:12 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Futbol
loading...