Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Futbol tarixinin ən yaxşı komandaları

İngiltərənin “Daily Mail” qəzeti futbol tarixinin ən yaxşı komandalarını müəyyənləşdirib. Nüfuzlu qəzetin keçirdiyi sorğuda 1-ci yeri 39 il əvvəl dünya çempionu titulunu qazanmış Braziliya yığması tutub. 1970-ci ildə dünya birinciliyində qızıl medallar əldə etmiş komandanın heyətində ulduz futbolçular – Feliks, Brito, Piazza, Karlos AlbertoTorres, Everaldo, Klodoaldo, Gerson, Jairzinyo, Tostao, Rivelinyo və əlbəttə, Pele var idi.

Futbol tarixinin ən yaxşı 50 komandası sırasına türk kollektivlərindən heç biri daxil olmayıb.

Siyahıda ilk “onluq” belədir:
1. Braziliya yığması - 1970-ci il, dünya çempionufutbol dünyası
2. “Mançester Yunayted” – 1999-cu il, Çempionlar Liqası, İngiltərə çempionluğu, ölkə kuboku
3. “Real Madrid” – 1960-cı il, Avropa Kubokunun və Qitələrarası Kubokun qalibi
4. “Liverpul” – 1984-cü il, Avrupa Kubokunun qalibi, İngiltərə çempionluğu, İngiltərə Liqa kuboku
5. “Arsenal” – 2004-cü il, İngiltərə çempionluğu
6. İngiltərə yığması – 1966-cı il, dünya çempionu
7. “Milan” – 1989-cu il, Avrupa Kubokunun və Superkubokunun, Qitələrarası Kubokun qalibi
8. Macarıstan yığması– 1954-cü il, dünya çempionatının gümüş mükafatçısı
9. Hollandiya yığması – 1974-cü il, dünya çempionatının gümüş mükafatçısı
10. İspaniya yığması – 2008-ci il, Avropa çempionu


Tarix: 04.12.2014 / 17:10 Müəllif: Aziza Baxılıb: 69 Bölmə: Futbol
loading...