Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Futbol üzrə Dünya Çempionatı haqqında maraqlı faktlar

Futbol üzrə dünya çempionatının rəsmi adı belədir: FİFA-nın Dünya Kuboku. Futbol uzrə dünya çempionatı cəmi 20 dəfə keçirilmişdi.

Futbol üzrə ilk dünya çempionatı 1930-cü ildə Uruqvayda (Cənubi Amerika) keçirilmişdir, elə ilk dünya çempionu da Uruqvay (1930-cu il) olmuşdur.

II Dünya Müharibəsi dövründə və neçə illər sonra (1939-1349) futbol üzrə dünya çempionatının keçirilməsi dayandırılmışdır.

Braziliyalı furbolçu Pele (Edson Arantes du Nasimentu) dünya futbolunun kralı hesab edilir. Pele futbol üzrə keçirilən dünya çempionatında rəqib qapılarına 12 top keçirmişdir. Pele — 3 dəfə dünya çempionu olmuş yeganə futbolçudur.

Braziliya yeganə ölkədir ki, fütbol üzrə keçirilən dünya çempionatlarının hamısında iştirak etmişdir.

Futbol üzrə keçirilən DÇ-larında çempion olmuş ölkələr: Braziliya-5 dəfə, İtaliya-4 dəfə, Almaniya-3 dəfə, Uruqvay-2 dəfə, Argentina-2 dəfə, Fransa-1 dəfə, İngiltərə-1 dəfə, İspaniya-1 dəfə...

Futbol üzrə dünya çempionu olanlara 1930-1970-ci illərdə Jül Rime Kuboku verilirdi.

1970-ci ildə Meksikada keçirilən fütbol üzrə dünya çempionatının finalında qarşılaşan Braziliya və İtaliya yığmalarının hər ikisi 2 dəfə dünya çempionu olduğundan 3 dəfə çempion olana kubokun həmişəlik verilməsi qərara alınmışdır. Bu kuboka Braziliya yığması həmişəlik sahib olmuşdur.

1974-cü ildən isə fütbol üzrə dünya çempionlarına yeni kubok – FİFA-nin Dünya Kuboku verildi.

CAR (Cənubi Afrika Respublikası) – futbol çempionatı keçirilən yeganə Afrika ölkəsidir. CAR FİFA-ya üzv olmuş ilk Afrika ölkəsidir. CAR 1964-cü ildə FİFA-dan kənarlaşdırılmışdır (ölkədə aparılan siyasi məsələlərə görə), 1992-ci ildə isə CAR yenidən FİFA-ya qəbul edilmişdir və futbol üzrə XIX dünya çempionatı (2010-cü ildə) bu ölkədə keçirilmişdir.

Həm futbolçu, həm də məşqçi qismində dünya çempionu olmuş futbolçular: Frans Bekkenbauer (1974, 1990) və Mario Zaqallo (1958, 1970).

Futbol üzrə dünya çempionatı tarixində ən tez vurulan qol Türkiyə yığmasının oyunçusu Hakan Şükürə məxsusdur. (2002) Türkiyə- C. Kopeya matçında. (3-2) Matç başlanandan 11 saniyə sonra…

Türkiyə — futbol üzrə dünya çempionatında 3-cü yer tutan yeganə Şərq ölkəsidir (2002).


Tarix: 04.12.2014 / 17:12 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Futbol
loading...