Futbol üzrə dünya çempionatı necə görünür? "Bax, belə!" –, deyə loqotip bizə bu haqda bildirir.
Bu movzuda maraq dairəsinin geniş olmasını nəzərə alaraq, sizlərə 1930-cu ildən 2010-cu ilə qədər futbol üzrə dünya çempionatlarının “loqo evolyusiyası”-nı təqdim edirik. Həmçinin həmin illərdə final oyunu və çempionun adını da bilmək istəyənlər üçün qeyd edirik. Bilənlər üçünsə yenidən yada salmaq istərdik.
1930-cu ildən 2010-cu ilə qədər Dünya Kuboku loqotipləri:
1930-cu ildə çempionat Uruqvayda keçirilib. Argentina ilə final oyununda 4:2 hesabı ilə meydan sahibi olan Uruqvay komandası birinci dünya kubokunun sahibi olur. 3-cü yerdə ABŞ, 4-cü yerdə Yuqoslaviya qərarlaşır.
1934-cü ildə cempionat İtaliyada baş tutub. Finalda İtalya Çexoslavakiya ilə üzləşir. 2:1 hesabı ilə meydan sahibləri kuboku İtalyada saxlamağa müvəffəq olurlar. 3-cü yer Almaniya, 4-cü yer Avstriya.
1938-ci ildə Fransada keçirilən dünya çempionatında Macarıstan ötən Mundial kubokunun sahibi İtalya ilə finalda görüşməli olur. Qarşılaşma 4:2 hesabı ilə İtalya yığmasının qələbəsi ilə başa çatır və İtalya kuboka sahiblik hüququnu qoruyub saxlayır. Həmin ildə Braziliya yığması 3-cü yerlə kifayətlənməli olur. 4-cü yeri İsveçrə tutur.
2-ci Dünya Müharibəsinin törətdiyi dəhşətlər Mundialdan da yan keçmədi. 1930-cu ildən 1950-ci ilə qədər Dünya Kubokunda 12 il fasilə yarandı. 1950 –ci ildə çempionat Braziliyada keçirildi. Finalda Uruqvayla meydan sahibləri Braziliya komandası arasında güclərini sınamalı oldular. Bu qarşılaşmada Uruqvay 2:1 hesabı ilə güclü olduğunu sübut etdi və həmin kuboku vətənlərinə apara bildi. 3-cü yer İsveç, 4-cü yer isə İspaniya yığmasının oldu.
1954-cü ilin Dünya Kuboku İsveçrədə baş tutdu. Final oyunun qalibi Macarıstan yığmasını 3:2 hesabı ilə məğlub edərək Almaniya Federativ Respublikası (FRQ) oldu. Avstriya 3-cü, Uruqvay 4-cü yerin sahibləri oldu.
1958-ci ildə Dünya Kubokunun finalında İsveçdə Braziliya yığması meydan sahiblərini 5:2 hesabı ilə məğlub edərək birinci dəfə mundialın qalibi oldu. İsveş 2-ci, Fransa isə üçüncü yerdə qərarlaşdı. 4-cü yer Almaniya Federativ Respublikasının oldu.
1962-ci ildə çempionat Çilidə keçirilir. Finalda Braziliya Çexoslovakiyaya qarşı oynayır. Hesab 3:1. Braziliya 2-ci dəfə dalbadal kubokun sahibi olur. 3-cü yeri Çili yığması, 4-cü yeri Yuqoslaviya komandası əldə edir.
1966-cı il hər bir ingilis üçün tarixi bir ilə çevrilir. Mundial tarixində ilk və yeganə kubokunu həmin ildə İngiltərə qazanır. Finalda Almaniya Federativ Respublikasına 4:2 hesabı ilə qalib gəlir. 3-cü yeri Potuqaliya, 4-cü yeri isə SSRİ ( Sovet Sosialist Respublikalar İttifaqı ) tutur.
1970-ci ildə Meksikada keçirilən Dünya Çempionatında finalda İtaliya yiğmasına 4:1 hesabı ilə qalib gələrək Braziliya 3-cü dəfə kuboku qazanıb tarix yazdırır. Almaniya Federativ Respublikası 3-cü, Uruqvay isə 4-cü yerin sahibləri oldular.
1974-cü ildə Almaniya Federativ Respublikası çempionata ev-sahibliyi edirdi. Bu Mundialda AFR kuboku qazanmağa müvəffəq oldu. Finalda Hollandiya yığmasına 2:1 hesabı ilə qalib gələn Almaniya 2-ci dəfə çempionluğu adına yazdırdı. 3-cü yer Polşa , 4-cü yeri Braziliya yığması tutur.
1978-ci ildə Argentinada keçirilən çempionatın qalibi yenə də meydan sahibləri olurlar. Hollandları 3:1 hesabı ilə yenən Argentina kuboku qazandı. 3-cü yer Braziliya, 4-cü yer İtaliya.
1982-ci ildə İspaniya Mundialı ağuşuna aldı. Finalda İtalya yığması Almaniya Federativ Respublikasını 2:1 hesabı ilə üstələdi və kuboka növbəti dəfə sahib çıxdı. 3-cü yer Polşanın, 4-cü yer isə Fransanın qisməti oldu.
1986-cı il Mundial Meksikada 2-ci dəfə keçirildi. Çempionat ilk dəfə idi ki, ikinci dəfə eyni ölkədə baş tuturdu. Final Argentina-Almaniya Federativ Respublikasının qarşılaşması ilə və Argentinanın 3:2 hesablı qələbəsi ilə tarixə düşdü. 3-cü yer Fransa, 4-cü yer isə Belçikanın oldu.
1990-cı il, İtalya. Finalda Almaniya Federativ Respublikasının komandası Argentina yığması ilə qarşılaşır. Görüşdə AFR 1-0 hesablı qələbəsi ilə kuboku 3-cü dəfə başı üzərinə qaldırmaq hüququnu qazanır. 3-cü yer İtalya, 4-cü yer İngiltərə.
1994-cü ildə ABŞ-da Braziliya 4-cü dəfə çempionluğu adına yazdırdı. Komandalar final oyununda əsas vaxt ərzində qapılara yol tapa bilməsələr də, təyin olunmuş penaltilər seriyasında Braziliya İtalyanı üstələyir (əsas vaxt 0:0, penaltilər seriyası 3:2). 3-cü yer İsveç, 4-cü yer Macarıstan.
1998-ci ildə Mundiala sahiblik edən Fransa yığması, final oyununda yaşıl meydana da, oyuna da sahib olduğunu nümayiş etdirdi. Braziliya yığmasını 3:0 hesabı ilə məyus edərək 2-ci dəfə çempionluğu adına yazdırdı. 3-cü yerdə Xorvatiya, 4-cü yerdə Hollandiya Mundialı başa vurdular.
2002-ci ilin Dünya Kuboku ilk dəfə 2 müxtəlif ölkənin yaşıl meydanlarında keçirildi. Bu Mundial “Koreya-Yaponiya FİFA Dünya Kuboku” adı ilə Cənubi Koreya və Yaponiyada keçirilməklə tarixə yazıldı. Finalda Braziliya Almaniyanı 2:0 hesabı ilə məğlub edərək 5-ci dəfə yaxşıların ən yaxşısı olduğunu dünyaya göstərdi. 3-cü yer Türkiyə, 4-cü yer isə Cənubi Koreya.
2006-cı Mundial ili Almaniyada. Finalda 1:1 nəticələnən İtaliya və Fransa oyunu, penaltilər seriyasında 5:4 hesabı ilə Fransanın məğlubiyyəti ilə nəticələndi. 3-cü yer Almaniya, 4-cü yer Portuqaliya.
2010-cu il Cənubi Afrika Mundiala qucaq açdı. Finalda İspaniya Hollandiyanı 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə kuboku başı üzərinə qaldırdı. Mundialın 3-cüsü Almaniya, 4-cüsü isə Uruqvay oldu.
Tarix: 04.12.2014 / 17:10 Müəllif: Aziza Baxılıb: 83 Bölmə: Futbol