Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Andres Eskobar - Ölümə səbəb avtoqol

Kolumbiyalı futbolçu 1989-cu ildə komandası Atletico Nacional`ın Libertadores Kubokunu qazanmasında böyük rol oynamış və hal hazırda da «El Caballero del Futbol» yəni «Futbolun Centlmeni» olaraq tanınmaqdadır. Lakin Dünya Çempionatı onun həyatının sonuna gətirib çıxardı. 1994-cü ildə A qrupunun oyununda Kolumbiya ABŞ ilə oyunda John Harkes`in ötürməsinə toxunan Eskobar topu öz qapısına göndərir. Kolumbiya favorit sayılmasına rəğmən bu məğlubiyyətdən sonra qrupda qalır.



2 iyul 1994-cü il tarixində Medellin yaxınlığında gecə dostları ilə əyləndikdən sonra ona tapançadan 12 dəfə atəş açılır. Vurulduqdan 45 dəqiqə sonra isə həyatını itirir. Hamı onun öz qapısına vurduğu qola görə öldürüldüyünü bilirdi. Eskobarın cənazəsinə 120 min insan qatılmışdı. 2002-ci ilin iyul ayında Medellin şəhərində onun heykəli ucaldıldı.

1995-ci ildə isə narkobaron Humberto Castro Munez onu adamlarının öldürdüyünü etiraf etdi. Bundan sonra Humberto cinayətə görə 43 il cəza aldı. 2001-ci ildə cəza qanununa görə cəzası 26 ilə endirildi. 2005-ci ildə isə yaxşı davranışı və edilən cəza endirimiylə sərbəst buraxıldı.


Tarix: 04.12.2014 / 17:08 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Futbol
loading...